Qadın təzkilatları ayağa qalxıb

img

06-06-2012 [07:25]


Counterpart İnternational Azərbaycan ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşən 2 illik Qadın İştirakçılığı Proqramı (QİP) çərçivəsində Qadın Liderliyi və Qərarvermə Proseslərində İştirakı mövzusunda layihə həyata keçirir. Layihə Ailə, qadın, uşaq problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşdırılır. QİP-nın ümumi məqsədi qadınlar üçün vacib olan məsələlərlə bağlı ictimai məlumatlandırma, qadınların qərarvermə proseslərinə təsirinin gücləndirilməsi və qadın hüquqları sahəsində çalışan vətəndaş cəmiyyəti təşkilatlarının (QHT lərin) və qadın məsələləri sahəsində fəaliyyət göstərən dövlət strukturlarının bacarıqlarının artırılması yolu ilə Azərbaycanda qadınların vəziyyətinin yaxşılaşdırılmasıdır. Müstəqil İnformasiya Agentliyinə daxil olan press-relizdə bildirilir ki, ?Lider Qadınlar? İB, ?Universitet Təhsilli Qadınlar Cəmiyyəti? və ?Qadınlar Gələcək Uğrunda? İB koalisiya olaraq, Qadın İştirakçılığı Proqramı çərçivəsində ?Qərar qəbulu prosesində qadınların bərabərhüquqlu təmsilçiliyinin artırılması gender bərabərliyinin əsas şərtidir? adlı layihəni icra edir. Layihənin əsas məqsədi bütün səviyyələrdə qərar qəbulu prosesində qadınların bərabərhüquqlu iştirakında maneələrin aradan qaldarılması yolu ilə qadınların vəziyyətinin yaxşılaşması, cəmiyyətdə statusunun və siyasi iştirakının yüksəlməsi və gender bərabərliyinin təmin edilməsidir. Layihə çərçivəsində Azərbaycanın 5 bölgəsində: Şəmkir, Gədəbəy, Lerik, Xızı, Qobustan rayonlarında qadınlar arasında liderliyi inkişaf etdirmək məqsədilə silsilə maarifləndirmə təliminin keşirilməsi nəzərdə tutulub. Təlimlərin birinci mərhələsi artıq başa çatmışdır. Bu mərhələdə göstərilən rayonlarda lider qadınlar üçün ?Qadın hüquqları və gender bərəabərliyi? mövzusunda 2 günlük təlimlər keçirilərək, iştirakçılar b qadın hüquqları və gender bərabərliyi sahəsində beynəlxalq və milli qanunvericiliklə tanış edilirlər. Xatırladaq ki, iyun ayindan təlimlərin ikinci mərhələsinə start verilib. Bu mərhələdə təlimlərin mövzusu ?Qadınların siyasi təmsilçiliyi. Qadınlar və seçkilərdir? . Artıq bu mövzuda birinci təlim 4-5 iyun tarixində Lerik rayonunda keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA