Səbaildə Puzkinin 213-cü ildönümü qeyd edilib

img

06-06-2012 [01:39]


Dahi rus şairi A.S.Puşkinin anadan olmasının 213-cü ildönümü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi və ?Sodrucestvo? cəmiyyətinin birgə təşkilatçılığı ilə şairin abidəsi önündə mərasim keçirilib. Səbael rayon İcra Hakimiyyətindən MİA-ya verilən məlumata görə, əvvəlcə Puşkinin heykəli önunə gül dəstələri qoyulub. Sonra tədbiri giriş sözü ilə şairə Oksana Bulanova açıb, belə bir tədbirin keçirilməsinin Azərbaycan və Rusiya xalqları arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsində böyük rolu olduğunu vurğulayıb. Tədbirdə çıxış edən Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin, Səbail rayon İcra Hakimiyyəti Başçısının Birinci müavini Xalidə Bayramova, ?Sodrucestvo? cəmiyyətinin sədri Tatyana Kərimova və başqaları iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsində A.S.Puşkinin doğum günü və digər tədbirlərin rolunun əvəzsiz olduğunu bildiriblər. Tədbirdə Səbail rayon orta məktəblərinin şagirdləri, tanınmış mədəniyyət xadimləri və şairlər, Azərbaycandakı Rus icmasının nümayəndələri çıxış ediblər, Puşkinin şerlərini Azərbaycan və rus dillərində səsləndiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA