Qəbul imtahanlarının vaxtı açıqlandı

img

06-06-2012 [12:09]


Azərbaycanda bu il ali məktəblərə qəbul imtahanlarının tarixi açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, III ixtisas qrupu üzrə imtahanlar 14 iyulda, I ixtisas qrupu üzrə 20 iyulda, IV ixtias qrupu üzrə 27 iyulda olacaq. Sonuncu imtahan isə avqust ayının 3-də II ixtisas qrupu üzrə olacaq. Bu barədə bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib. O, bildirib ki, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları III ixtisas qrupu üzrə iyulun 18-24-də, I ixtisas qrupu üzrə iyulun 24-30-da, IV ixtisas qrupu üzrə isə iyulun 31-dən avqustun 8-dək olacaq. Magistraturaya qəbul imtahanının ikinci mərhələsi iyunun 24-də keçiriləcək.#601; II ixtisas qrupu

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA