Hərbi hissədə faciə, 2 əsgərimiz öldü

img

06-06-2012 [01:49]


Bu gün Ağstafa rayonunda yerləşən hərbi hissələrdən birində bədbəxt hadisə zamanı iki əsgər ölüb, biri isə xəsarət alıb. Hərbçilərin ANS TV-nin Qazax bürosuna verdiyi məlumata görə, saat 17.00 radələrində tikintidə işləyən əsgərlərin üzərinə beton lövhəsi düşüb. Hadisə baş verən andan dərhal sonra xəsarət alanlar hərbçilərin köməyi ilə Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Lakin onlardan ikisinin həyatını xilas emtək mümkün olmayıb. Onlar xəstəxanaya daxil olarkən artıq keçinib. Ağstafa Rayon Mərkəzi Xəstəxanasının cərrahı Teyyub Carçıyevin sözlərinə görə, xəstəxanaya gətirilən hərbçilərdən ikisinin həyatını xilas emtək mümkün olmayıb. Əsgərlərdən biri Sumqayıt Komissarlığından cağırılmış Quliyev Emin, digəri isə Ağdaş Komissarlığından cağırılmış hərbi qulluqcu Hüseynov Orxan idi. Zərərcəkmiş Keçəlov Elnur isə sağ aşağı ətrafın cırılmış-deşilmiş yaraları ılə xəstəxanada müalicə almaqdadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA