Bu gün Venera planeti Günəz diskinin üzərindən keçəcək

img

05-06-2012 [02:38]


Yer kürəsi sakinləri iyunun 5-dən 6-na keçən gecə nadir astronomik hadisənin şahidi olacaqlar. Venera planetinin Günəş diskinin üzərindən keçməsi insanların ömür boyu bəlkə də cəmi 1 dəfə görə biləcəyi bir hadisədir. Belə ki, analoji hadisə növbəti dəfə 2117-ci ildə baş verəcək. Qədimdə astronomlar məhz Venera planetinin Günəş diski fonunda hərəkət etməsini müşahidə edərək, Yerdən Günəşə qədər olan məsafəni hesablaya bilmişdilər. Müasir alimlər isə bu nadir hadisə sayəsində başqa planetlərdə həyat axtarışı metodikasını təkmilləşdirə biləcəklər. Bu dəfə Venera planetinin Günəş diski fonundan keçməsini Cənubi Amerika, Antarktida və qərbi Afrikadan başqa, hər yerdə müşahidə etmək mümkün olacaq. "Venera tranziti" adlandırılan prosesin bütün fazalarını isə yalnız şərqi Avstraliya, şərqi Çin, Uzaq Şərq və Sibir sakinləri görəcək. Digər regionlarda isə Günəş ya bu hadisə başa çatmazdan əvvəl batacaq, ya da artıq öz diski fonunda olan Venera ilə birlikdə çıxacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA