?çağ? Öyrətim izlətmələri Şirkətinin və Qafqaz Universitetinin təzkilatçılığı ilə Azərbaycandan bir qrup jurnalist Türkiyədə oldu

img

05-06-2012 [01:46]


Türkiyədə hər il keçirilən Beynəlxalq Türk dili olimpiadası start götürüb. Bu il 10 illik yubileyini qeyd edən olimpiada iyunun 14-dək davam edəcək. MİA-nın məlumatına görə, Azərbaycan nümayəndə heyətinin də təmsil olunduğu olimpiadaya 135 ölkədən minlərlə iştirakçı qatılıb. İştirakçılar türk dilində şer söyləyir, rəqs edir və başqa kateqoriyalarda öz qabiliyyətlərini nümayiş etdirirlər. Olimpiadanın keçirilməsində məqsəd dünyanın müxtəlif ölkələrində türk dilinin gözəlliyini və əzəmətini nümayiş etdirmək, tanıtmaq və sevdirməkdir. Ötən il Azərbaycan olimpiadada 7 qızıl, 10 gümüş, 4 bürünc medal qazanıb. Bu il də bir Azərbaycan nümayəndəsi qızıl medala layiq görülüb. Qeyd edək ki, X Türk Dili Olimpiadasının açılış mərasimində iştirak etmək üçün ?Çağ? Öyrətim İşlətmələri Şirkətinin və Qafqaz Universitetinin təşkilatçılığı ilə Azərbaycandan bir qrup mətbuat nümayəndəsi qardaş ölkəyə səfər edib. İyunun 1-dən 3-dək davam edəcək səfər çərçivəsində Azərbaycan media nümayəndələri bu gün Beynəlxalq Türk Dil Olimpiadası ilə bağlı tədbirlərə qatılıb, olimpiada çərçivəsində təşkil olunan Azərbaycan mədəniyyətini tanıtma tədbirində iştirak ediblər. Bununla yanaşı, Azərbaycanda digər ir sıra qruplar da sözügedən tədbirdə iştirakla bağlı Türkiyədə olublar. Ümumilikdə Azərbaycandan 350 nəfərə yaxın şəxs təşkil olunan tədbirə gedib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA