Qarabağ Döyüzçülərinin Forumu keçiriləcək

img

04-06-2012 [06:18]


Qarabağ Azadlıq Təşkilatının Mərkəzi qərargahında Azad Qarabağ Uğrunda Alyansın Sədrlər Şurasının növbəti iclası keçirilib. QAT Mətbuat Xidmətindən mia.az-a verilən məlumata görə, Alyans məramına uyğun olaraq cəmiyyətdə işğalçı Ermənistana qarşı müharibə əhval-ruhiyyəsinin gücləndirilməsi istiqamətində addımlarını, iyun ayı üçün konkret tədbirlərini müəyyən edib: ?Sədrlər Şurasının qəbul etdiyi qərarda bir daha vurğulanıb ki, Ermənistan beynəlxalq təşkilatların sülh təşəbbüslərinə müsbət reaksiya vermək istəmir, getdikcə daha çox aqressiv və barışmaz mövqe tutur, ona görə də torpaqlarımız işğaldan yalnız hərbi yolla azad oluna bilər?. İclasda İşğalçı Ermənistana qarşı Azərbaycan Ordusunun uğurlu döyüş əməliyyatlarının başlanmasının 20-ci ildönümünün xüsusi qeyd olunması, o cümlədən iyunun 12-də Qarabağ Döyüşçülərinin Forumunun keçirilməsi qərara alınıb. Forumun keçirilməsində məqsəd Azərbaycan Ordusunun uğurlu döyüş əməliyyatları haqda məlumatların geniş şəkildə yayılması, cəmiyyətdə düşmənə qarşı qələbə əzminin gücləndirilməsidir. İclasda həmçinin ATƏT Minsk qrupunun buraxılması tələbi ilə aksiyaların keçirilməsi, Ordu Günü münasibəti ilə müxtəlif tədbirlərin keçirilməsi, o cümlədən həmin gün Şəhidlər Xiyabanının kütləvi ziyarət olunması, müxtəlif sosial təbəqələrlə, o cümlədən ziyalılar, gənclərlə görüşlərin keçirilməsi ilə bağlı qərarlar qəbul olunub. Daha sonra iclasda Alyansın Ali Şurasının ilk toplantısının iyul ayının əvvəlində keçirilməsi qərara alınıb: ?Ali Şurada Alyansa üzv olan təşkilatların hər biri beş nəfərlə təmsil olunur. İclasda təşkilati məsələ də müzakirə olunmuş, ?Borçalı? cəmiyyəti Alyansa üzv qəbul edilmiş, Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin Alyansa üzv qəbul olunması ilə bağlı ilkin müzakirələr aparılıb?. #601;rarlar q

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA