Azərbaycan Ordusu 3 erməni əsgərini öldürüb

img

04-06-2012 [05:49]


İyunun 4-də gecə cəbhə xəttinin şimal-şərq hissəsində, Ermənistanın Tavuş vilayətinin Çinari və Berdavan kəndləri istiqamətində ermənilərin diversiya qrupunun qarşısı alınıb. Erməni KİV-lərinin yaydığı məlumata görə, dövlət sərhədinə yaxın ərazidə, Ermənistanın Tavuş vilayətinin Çinari və Berdavan kəndləri istiqamətində Azərbaycan hərbçiləri tərəfindən Ermənistan Ordusunun 3 hərbçisi öldürülüb, düşmənin bir neçə hərbçisi isə yaralanıb. Məlumatı Ermənistan Müdafiə Nazirliyi də təsdiqləyib. "Armtoday" saytı Ermənistan Müdafiə Nazirliyinə istinadən bildirib ki, atışmada Qraç Sarkisyan, Zoqrab Balabekyan və Karen Davtyan adlı əsgərlər həlak olub. Müdafiə Nazirliyi yaralananların olduğunu bəyan edib. Ermənistanın hərbi prokuru və Müdafiə Nazirliyinin xüsusi istintaq qrupu hadisə yerinə gəlib, araşdırma aparırlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA