Oqtay Gülalıyev məhbəsdən məktub yazdı

img

03-06-2012 [12:17]


"Kür" Vətəndaş Cəmiyyəti Qəraragahının əlaqələndiricisi, əsassız ittihamlarla həbs olunmuş MSŞT Koalisiyasının Monitorinq Qrupunun üzvü Oqtay Gülalıyev Koalisiya Şurasının üzvlərinə məktub göndərib (Teleqraf.az). Məktubu olduğu kimi təqdim edirik: "Dəyərli dostlar, Hər birinizi 3 saylı Şüvəlan İstintaq Təcridxanasından məhbus salamı ilə salamlayıram. Həbsimin ilk günlərindən hüquqlarımın müdafiəsi istiqamətində göstərdiyiniz diqqət və dəstəyə görə sizlərə təşəkkürümü bildirirəm. Əslində mənim qanunsuz həbsim qəbul etdiyiniz bəyanatda qeyd etdiyiniz kimi neft gəlirlərinin xərclənməsində şəffaflığın təmin olunması, ehtiyacı olan insanların maarifləndirilməsi, hüquqlarının qorunması, sosial ədalətsizliyin aradan qaldırılması, koorupsiyaya qarşı mübarizə aparılması və s. istiqamətdə fəaliyyət göstərən vətandaş cəmiyyəti institutlarının susdurulmasına, sıradan çıxarılmasına hesablanmış siyasətin tərkib hissəsidir. Mən 2-ci aydır ki, qanunsuz olaraq həbsdəyəm. Məlumat üçün bildirirəm ki, həbsxanada olduğum indiki müddətdə də hər gün hüquqlarımın tapdalanması davam etməkdədir. Bələ ki, 08 aprel 2012-ci ildə Sabirabadda həbs olunduğum zaman fiziki zorakaliğa, qeyri-insani münasibətə, şikayət edəcəyim təqdirdə ölümlə təhdidlərə məruz qalmışam. 08 və 09 apreldə məni qaranliıq, darisqal, ağır qoxulu kamerada ac-susuz, gecəni ayaqüstə saxlayaraq vəkilimlə, həkimlə, ailə üzvlərimlə əlaqə saxlamağa, adicə dərman və su qəbul etməyə imkan verilməyib. Tanımadığım adamları əleyhimə yalan ifadələr verdirərək qanunsuz həbsimə hüquqi don geyindərməyə çalişıblar. Məni Hacıqabul-Horadiz yolunu bağlamaq, maşınları yandırmaq, sındırmaq, Kür çayı üzərində körpünü dağıtmaq (!?) kimi absurd, gülməli, eyni zamanda iğtişaşlara çağırış kimi saxta siyasi ittihamlarla həbs ediblər. Təəssüf kı, Sabirabad RPŞ-də mənə qarşı olan qanunsuz, zorakı hərəkətlərə aidiyatı qurumlar tərəfindən bu günə qədər obyektiv qiymət verilməyib. Penitensiar Xidmətin Baş Tibb İdarəsinin həkimləri bu yaxınlarda məni müayinə edərək vaxt itirmədən cərrahiyə əməliyyatı olunmağım barədə rəsmi rəy veriblər. Lakin bu prosesin türmə şəraitində, tanımadığım həkimlərin deyil, uzun müddət tanidiğım öz həkimimin iştirakı ilə həyata keçirilməsinə imkan verilmir. Sabirabad Polis Şöbəsi 2-ci aydir ki, istintaqa aidiyyatı olmayan ? Opel ? markalı maşınımı, mülki əşyalarımı, sənədlərimi polis şobəsində girov şəklində saxlayır. Ailə üzvlərimlə görüşə icazə verilmir, xarici aləmdən təcrid olunmuş şəkildə saxlanılıram. Bütün bunları sizə yazmaqda məqsədim odur ki, biləsiniz, Azərbaycanda vətandaş cəmiyyəti institutlarının fəaliyyətinə bu cür anoluqu olmayan yanaşmalar, basqılar və qanunsuzluqlar var. Amma bütün bunlara baxmayaraq mənə qarşı olan saxta, qondarma ittihamları rədd edir, vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq mubarizəmi, fəaliyyətimi dəmir barmaqlılar arasında da davam etdirirəm. Dəyərli dostlar, 2 il bundan öncə Kür daşqinları ilə bağlı yaradılan ? Kür ? Vətəndaş Cəmiyyəti qərargahı məhz Mədən Sənayəsində Şəffaflığın Artırılması Koalisiyasının bir sıra fəal üzvlərinin iştirakı ilə Koalisyamızın ofisində təsis olundu. Ötən müddət ərzində ? Kür ? Cəmiyyətinin ardıcıl və sistemli fəaliyyəti ilə daşqınların təsirinə məruz qalmiş 4000-dən artıq təsərrüfatda monitorinq aparılıb, yüzlərlə insanın ev, kompensasiya və digər problemləri həll olunub. Onlara hüquqi xidmət göstərilib. Daşqınlarla bağlı ayrılan vəsaitlərin şəffaf və səmərəli xərclənməsi üçün müxtəlif tədbirlər, forumlar, televerilişlər və digər fəaliyyətlər həyata keçirilib, iqtisadi qiymətləndirmələr aparılıb. Hazırda bu işlər davam etdirilir. Hesab edirəm ki, ? Kür ? Cəmiyyətinin əldə etdiyi uğurlar həm də Koalisiyamızın uğurudur. Məhz bu uğurun nəticəsidir ki, son 2 ildə Kür-Araz bölgəsində fəal sistemli fəaliyyət göstərən ? Kür ? Cəmiyyətinin fəaliyyəti bəzi quvvələri narahat edir. Təqdirə layiq haldır ki, bütün basqılara, təzyiqlərə baxmayaraq MSŞA Koalisiyasının və digər vətandaş cəmiyyətinin fəal kəsimi hazirda ? Kür ? Cəmiyyətinin fəaliyyətinin davam etdirilməsində yaxından iştirak edirlər. Əziz dostlar, Bir daha sizlərə təşəkkür edirəm. Verdiyiniz dəstək məndə əlavə inam, ümid yaratmaqla apardığımız mübarizədə uğura, qələbəyə inamımı artırır. Sizlərlə bir təşkilatda olmaqdan qürur duyuram. Sonda xahiş edirəm ki, mənim salamımı sıralarında 170 QHT-ni birləşdirən Koalisiyamızın bütün üzvlərinə çatdırasınız. Onları ölkəmizdə vətandaş cəmiyyətinin inkişafı uğrunda fəal mübarizəyə səsləyirəm! Tanrı Sizləri qorusun!"

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA