Prezident Aparatından rektorlara xəbərdarlıq!

img

02-06-2012 [06:14]


?Biz bilirik ki, bəzi universitetlərdə təəssüflər olsun ki, tələbə təşkilatlarına lazımi qiymət verilmir. Bəzi universitetlərdə tələbə-gənclər təşkilatlarına münasibət rektorluq və ali təhsil ocağının rəhbərliyi tərəfindən, nə də infrastruktur və şərait baxımından lazımi səviyyədə deyil. Bunu açıq bəyan etmək istəyirik?. Bu sözləri Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qurultayında bildirib. Trend-in xəbərinə görə, aparat rəsmisi qeyd edib ki, hər bir universitetdə tələbə təşkilatı üçün xüsusi şərait yaradılmalıdır: "Tələbə təşkilatları öz hüquqlarından istifadə edərək daha səmərəli, daha güclü təşkilata çevrilmək üçün çalışmalıdır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA