Təhsil məmuru özünün və ailəsinin təhlükəsizliyindən narahatdır

img

01-06-2012 [04:53]


?Mən Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət edib, özümün və ailəmin təhlükəsizliyini təmin edilməməsinə görə Laçının polis rəisi və prokurorundan şikayətçi olduğumu bəyan edirəm. Hər iki vəzifəli şəxs açıq deyirlər ki, onlar mənim və ailəmin təhlükəsizliyini təmin edə bilməzlər. Çünki mənimlə ədavət aparan rayonun icra başçısı Ramiz Cəbrayılovdur?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə telefon açan Laçın Rayon Təhsil Şöbəsinin bu gün vəzifəsindən rəsmi azad olunan metodisti Müqabil Baxışov deyib. Metodist bildirib ki, Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılovun qanunsuz əməlləri ilə bağlı mətbuata açıqlama verməsinə görə işini itirib: Məni məcbur edib, ərizəmi yazdırdılar. İndisə mənə və ailəmə təhlükə var. Buna görə təhlükəsizliyimizin nəzarətə götürülməsi üçün rayon polis şöbəsinin rəisi ilə prokurora müraciət etdim. Lakin yuxarıda qeyd etdiyim kimi, müraciətlərimə məhəl qoyulmadı. Bu dəqiqə Daxili İşlər Nazirliyinin 102 xidməti ilə də danışdım. Bu gün Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə də rəsmi ərizə ilə müraciət edəcəyəm. Çünki telefonla danışdıqlarımı dinləyən yoxdur?. Məsələ ilə bağlı tərəflərdən mövqe öyrənə bilmədik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA