Prezident Hidayət Orucovu izdən çıxartdı

img

31-05-2012 [07:06]


[b]Onun yerinə Elşad İskəndərov təyin edilib[/b] Azərbaycan Prezidenti İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrini vəzifəsindən azad edib. Ölkə başçısının bununla bağlı imzaladığı sərəncamda bildirilib ki, Hidayət Xuduş oğlu Orucov Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilsin. Qeyd edək ki, prezidentin digər sərəncamı ilə Elşad Hüseyn oğlu İskəndərov Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Məlumat üçün bildirək ki, Elşad İskəndərov İslam Konfransı Gənclər Forumun baş katibi olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA