Sabahdan batmız əmanətlər qaytarılacaq

img

31-05-2012 [03:03]


Sovet dövründən qalmış əmanətlərin qaytarılması üçün bütün hazırlıq prosesi başa çatıb. Maliyə naziri Samir Şərifovun sözlərinə görə, 14 mart 2011-ci il tarixində imzalanmış fərmana əsasən, 20 il bundan əvvəl qoyulan əmanətlər birdəfəlik veriləcək. ?Ümumilikdə 143 məntəqə fəaliyyət göstərir. Onlardan 65-i Bakıda, 78?i isə digər rayonlardadır. Bunlardan 91-i KapitalBankın filiallarıdır. 51-i isə yeni yaradılıb ki, onun da 40-ı Bakıda, 6-sı Sumqayıtda, 5?i isə Gəncədədir?. S.Şərifov həmçinin qeyd edib ki, yararsız hala düşən əmənət kitabçaları üçün insanlar Bakıda yaradılan 3, Gəncədə, Sumqayıtda və Naxçıvanda isə 1 məntəqəyə müraciət edə bilərlər. ?Ümumilikdə əmanətçilərin sayı 2 milyon 400 min nəfərdir. Hazırlıq prosesinə isə 350 nəfər işə cəlb olunub ki, onlar da Sovet dövründə banklarda qalan pulların hesablanması üçündür. Prosesin iş icraçıları isə keçmiş işçilərdir?. Qeyd edək ki, iyunun 1-dən Azərbaycanda keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında yerləşdirilmiş və 1992-ci ildəki inflyasiya nəticəsində batmış əmanətlərinin qaytarılması prosesinə başlanacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA