31-05-2012 [02:16]
?Son zəng? tədbirləri ənənvi olaraq Səbail rayonunun bütün 17 orta məktəbində təntənəli şəkildə qeyd olunmuşdur. Tədbirlərin keçirilməsi üçün məktəblərin rəhbərləri, valideynlər və şagirdlərin özləri tərəfindən böyük hazırlıq işləri aparılmış, bilik bayramının yüksək səviyyədə, butun məzunların və iştirakçıların uzun illər ərzində yadında qalan bir əlamətdar hadisəyə çevrilməsi üçün əllərindən gələni etmişlər.
Səbail rayonunda 17 orta, 1 orta-ixtisas, 1 Peşə məktəbi, 3 uşaq musiqi məktəbi, 17 məktəbəqədər təhsil müəssisəsi, 2 Uşaq yaradıcılıq mərkəzi, 3 idman məktəbi fəaliyyət göstərir. Rayonun orta məktəblərində 2268 nəfər pedaqoci işçi çalışır. Orta məktəblərdə 20862 şagird təhsil alır ki, bu il onların 1506 nəfəri məzundur.
Şəhərin mərkəzindəki 6 saylı tam orta məktəbdə keçirilən son zəng tədbirləri maraqlı və yaddaqalan olmuşdur. Tədris ilinin əvvəlində yenidən tikilib istifadəyə verilmiş, Azərbaycanda təkrarı olmayan, bütün beynəlxalq standartlara uyğun bu təhsil müəssisəsinin açılışı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilmişdir. Yeni binada keçirilən ilk ?Son zəng? mərasimində çıxış edən 6 saylı tam orta məktəbin direktoru, əməkdar müəllim Gülşən Orucova məktəb kollektivinin təhsildə qazandığı uğurlardan söz açımış, qeyd etmişdir ki, bu il bu məktəbi 66 məzun bitirir. Keçən il məktəbin yenidən tikilərək istifadəyə verilməsini və onun təntənəli açılışı zamanı Ölkə başçısının məktəblilər qarşısındakı çıxışı zamanı şagirdlərə və pedaqoci kollektivə verdiyi tövsiyyələrdən danışan G.Orucova məktəbdə şagirdlərin təhsili üçün yaradılan şəraitə görə Prezident cənab İlham Əliyevə öz minnətdarlığını bildirmişdir.
Məktəbdə keçirilən tədbirdə iştirak edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov müstəqil həyatın astanasında duran məzunlara uğurlar, olkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulaimış, ölkə rəhbərliyi tərəfindən respublikamızda təhsil sahəsində aparılan işlər və bu qəbildən Səbail rayonunda həyata keçirilən layihələr barədə ətraflı məlumat vermiş, məktəbin pedaqoci kollektivinə gələcək işlərində uğurlar arzulamışdır. A.Əsgərov xüsusi vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məhz bu məktəbin məzunu olmuşdur və burada oxuyan hər bir şagird bununla fəxr etməlidir.
Qeyd olunmuşdur ki, Dövlət başçısı tərəfindən xalqımızın gələcəyi olan uşaqlara göstərilən diqqət və qayğı, onların sağlam və bilikli böyüməsi istiqamətində həyata keçirilən işlər Səbail rayonunda da öz əksini tapmışdır. Son iki il ərzində rayonda aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri çərçivəsində 1 məktəb sökülərək yenidən tikilmiş, 10 orta təhsil müəssisəsi, 10 uşaq bağçası, 2 uşaq musiqi məktəbi, 2 uşaq texniki yaradıcılıq mərkəzi, 2 idman məktəbi, 1 uşaq poliklinikası əsaslı təmir olunmuş, 2 orta məktəb üçün əlavə tədris korpusu tikiliş, bu müəssisələr bütün lazımi avadanlıqlarla təchiz olunmuşlar. Hazırda Badamdar qəsəbəsində 880 şagird yerlik yeni məktəb və 120 yerlik uşaq bağçası inşa olunur. Rayonda daha 3 məktəbin əsaslı təmiri, 1 uşaq musiqi məktəbinin sökülərək yenidən tikintisi aparılır ki, bu da Səbail rayonu üçün çox əlamətdar bir hadisədir.
Tədbirdə iştirak edən digər qonaqlar müstəqil həyatın astanasında duran məzunlara uğurlar, olkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzuladılar.
Səbail rayonunun qocaman və tanınmış məktəblərindən olan, ?İlin ən yaxşı ümumtəhsil məktəbi? adını qazanmış 190 saylı məktəb bu il özünün 65-ci buraxılışını keçirir və 5 sinifdə 102 şagird təhsili başa vurur. Onların 2-si əla, 22-si isə məktəbi əla və yaxşı qiymətlərlə bitirirlər.
Şagirdlərdən 1 nəfər Respublika miqyaslı bilik olimpiadasının qalibi olmuş, məktəbin 2 müəlliməsi ?Ən yaxşı müəllim? müsabiqəsində iştirak edir. Hazırda 1212 şagirdin təhsil aldığı məktəbdə ?Ən yaxşı müəllim? müsabiqəsinin 5 qalibi, 3 elmlər namizədi, 1 əməkdar müəllim çalışır. Məktəbin 11-cilərdən ibarət komandası Heydər Əliyev adına Təhsil Kompleksində keçirilən ?İntellekt? yarışmasında Bakı şəhər üzrə 3-cü yerə, Yanğınsöndürmə Komandası isə Fövqəladə Hallar Nazirliyinin keçirdiyi yarışda Bakı şəhəri üzrə 1-ci yerə çıxmışdır.
Buraxılış tədbirinə toplaşan çoxsaylı şagird və qonaqların qarşısında çıxış edən 190 saylı orta məktəbin direktoru, əməkdar müəllim Afət Bakıxanova bu il 11-ci sinfi bitirən məzunlara uğurlar arzuladı, məktəbi əla qiymətlərlə bitirmiş, həmçinin müxtəlif miqyaslı fənn olimpiadalarının qalibi olmuş bir qrup məzuna Fəxri Fərmanlar və hədiyyələr təqdim etdi, məzunların böyük əksəriyyətinin məktəbi əla və yaxşı qiymətlərlə bitirdiklərini xüsusi vurğuladı.
Milli Məclisin İqtisadiyyat Komitəsinin sədri, akademik Ziyad Səmədzadə və Səbail rayon İ?ra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev 11-ciləri təbrik etmiş, onlara müstəqil həyatda uğurlar arzulamışlar.
Tədbirdə məktəbin 1-ci və 11-ci sinif şagirdlərinin hazırladıqları şer, mahnı və rəqslərdən ibarət çıxışları iştirakçıların çox xoşuna gəldi. Məktəb həyatına əlvida deyən məzunlar bu ilki birincilərə hədiyyələr təqdim etdilər və tədbir böyük bədii proqramla başa çatdırıldı.
Səbail rayonunun Bayıl yaşayış sahəsindəki 91 saylı orta məktəbinin 3 buraxılış sinfini bu il 70 şagird bitirir. Rəngarəng tərtib olunmuş idman meydançasında toplaşan məzunları və birinciləri, onların valideynlərini və çoxsaylı qonaqları salamlayan 91 saylı orta məktəbin direktoru Svetlana Zülfuqarova məktəb kollektivinin qazandığı uğurlardan danışdı, məzunlara müstəqil həyatda atacaqları addımlarda uğurlar arzuladı. O, qeyd etmişdir ki, keçən tədris ili məktəb üçün xüsusi ilə əlamətdar olmuş, məktəb ?İlin ən yaxşı məktəbi? müsabiqəsinin qalibi adını qazanmışdır. Məktəbin 4 nəfər şagirdi respublika, 4-ü isə Bakı şəhəri üzrə Olimpiadalarının mükafatçılarından olmuşlar. Məktəbin komandası ?Şahinlər? hərbi vətənpərvərlik yarışının rayon birinciliyinin qalibi olmuş, Bakı şəhər birinciliyində isə IV yerə çıxmışdır. Ən əsası isə Dövlət Proqramına uyğun olaraq 91 saylı orta məktəb tam əsaslı təmiri olunaraq gözəl tədris müəssisəsinə çevrilmişdir.
Məktəbin şagirdlərinin hazırladığı bədii kompozisiya, müasir bal və milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayət olundu. Son zəngin çalınması səmaya yüzlərlə rəngbərəng şarların və göyərçinlərin buraxılması ilə müşayət olundu.
Səbail rayonunun 2, 7, 49, 50, 51, 132-134, 160, 162, 163, 189, 236, 239 saylı məktəblərində də son zəng tədbirləri yüksək təşkilatçılıqla keçmiş və məzunların həyatında yaddaqalan bir günə çevrilmişdir.
Ənənəvi olaraq orta məktəblərdə keçirilən son zəng tədbirlərində Səbail rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, ağsaqqallar, mədəniyyət xadimləri iştirak etmişlər.