Arif Hacılı müvəqqəti azadlığa buraxıldı

img

31-05-2012 [12:42]


Müsavat Partiyasının Mərkəsi İcra Aparatının rəhbəli Arif Hacılı anasının hüzr mərasimində iştirak etmək üçün mayın 31-də qısamüddətli məzuniyyətə buraxılıb. Həbsdən müvəqqəti olaraq azad edilən A.Hacılı artıq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin iki zabitinin və onun - vəkil Osman Kazımovun müşayiəti ilə Zaqatalaya yola düşüb. Arif Hacılının anası Zahidə Hacılı mayın 30-da vəfat edib. Mərhum Zaqatalanın Yuxarı Tala kəndinin məzarlığında dəfn olunacaq. Dəfn saat 17-yə planlaşdırılıb. 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Arif Hacılı anasının dəfnində iştirak imkanı verilməsi üçün həbsxana rəhbərliyinə müraciət etmişdi. Cəzaların İcrası Məcəlləsinə əsasən, ağır cinayət törətməyən məhkumlara onların yaxın qohumlarının ölümü və ya həyatı üçün təhlükə yaradan ağır xəstəliyi ilə əlaqədar yeddi gün müddətinə səfər icazəsi verilə bilər. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı müxalif İctimai Palatanın 2011-ci il aprelin 2-də Bakıda keçirdiyi sanksiyalaşdırılmamış etiraz aksiyasına görə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA