Mili Şura fiziki qüsurlu uzaqlarla tədbir keçirəcək

img

31-05-2012 [12:40]


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) iyunun 2-də fiziki qüsurlu uşaqların gəzintisini təşkil edəcək. Artıq uzun illərdir bu tədbiri həyata keçirən Milli Şura cəmiyyətin daha həssas qrupları olan fiziki qüsurlu uşaqların asudə vaxtının səmərəli təşkili istiqamətində öz işini davam etdirir. ARGTMŞ-nin mətbuat xidmətindən MIA-ya verilən məlumata görə, gəzinti zamanı uşaqlar Dənizkənarı Milli Parkda bir gün ərzində istirahət edəcək, onlar üçün müxtəlif əyləncələr təşkil olunacaq. Qeyd edək ki, mütəmadi olaraq təşkil edilən gəzintidə aztəminatlı ailələrin uşaqları, o cümlədən internat məktəblərində oxuyan fiziki qüsurlu uşaqlar iştirak edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA