Eurovision 2012 hökumətin imicinə mənfi təsir etdi

img

31-05-2012 [12:10]


Eurovision musiqi yarışması 1956-cı ildən keçirilir. Bu müddət ərzində heç bir zaman Eurovision musiqi yarışmasının qalibi musiqi yarışması keçirilən ölkənin hakimiyyəti haqqında kəskin mənfi fikirlər bildirməyib. Bu hadisə yalnız Eurovision 2012 yarışmasında Azərbaycanda baş verdi. Azərbaycanda keçirilən Eurovision 2012 yarışmasının qalibi İsveçdən olan Looren Azərbaycandakı mövcud duruma qarşı od püskürdü: ?Bu dəhşətlər barədə eşidib mən başqa cür edə bilməzdim. Mən heç nə görməmiş kimi İçərişəhəri gəzə bilmərəm. Bu sadəcə mənimçün çox çətindi. Azərbaycanda insan haqları, qadın haqları daha çox pozulur və belə şeylərə qarşı susmaq olmaz. Şəhəri gəzmək əvəzinə mən bir neçə qeyri-hökumət təşkilatının ofisində olmuşam. Demokratik fikirli insanlarla görüşmüşəm. Burada yaşamaq çox çətindi. Gördüklərim mənə çox təsir etdi, əsasən şəkillərdəki insanlar, evlərindən zorla çıxarılmış, küçəyə atılmış adamlar. İnsana qarşı belə rəftar etmək olmaz. Sizə deyim ki, hər bir şəkil, danışılan hər bir həyat hekayəsi çox təsir edir mənə. Polis tərəfindən, məmurlar tərəfindən uşaqıalara, qocalara, qadınlara, kişilərə ümumiyyətlə fərq qoyulmadan camaata qarşı bu cür münasibət məni çox təəccübləndirir. Jurnalistlər sadəcə həqiqəti dedikləri üçün və ya öz fikirlərini ifadə etdikləri üçün həbsə atılırlar. Mən bunu sadəcə başa düşə bilmirəm. Mən anlamıram ki, niyə başqaları bu məsələlərə bu vaxta qədər münasibət bildirməyiblər. Bəlkə ona görə ki, İsveçdə yaşayan insanlar daha yaxşı yaşayır. Amma bunu etmək onların borcudur. Onlar çalışmalıdırlar ki, başqa yerdə yaşayan insanlar da yaxşı yaşasınlar. 21-ci əsrdə belə problemlər olmamalıdır. Bu problemlər barədə danışmaq, onları həll etmək imkanları olub. Bunu etməyən insanlar məni çox təəccübləndirir.? Qeyd etməliyəm ki, Azərbaycan hökuməti Eurovision musiqi yarışmasından bəhrələnərək özünün imicini yüksəltmək fikrində idi. Hökumətin düşündüyünun 180 dərəcə əksinə mənfi effekt baş verdi. Eurovision musiqi yarışması tarixində görünməmiş hadisə oldu. Eurovision 2012 musiqi yarışmasının qalibi Azərbaycanda insan haqlarının kobud şəkildə pozulduğunu, polis və məmurlar tərəfindən qadınların, qocaların və uşaqların zorakılığa məruz qaldığını, insanların öz evlərindən küçələrə atıldığını, jurnalistlərin həqiqəti dedikləri üçün həbsxanalara atıldıqlarını bütün dünyaya bəyan etdi. İndi Azərbaycan ABŞ Dövlət Katibi Hillari Klintonun ölkəmizə səfərini gözləyir. Azərbaycanda demokratik dəyişıkliklər, siyasi və iqtisadi islahatlar baş verəcəkmi? Hillari Klinton Azərbaycana hansı mesajlarla gəlir? Klintonun bu gəlişi ölkəmizin iqtisadiyyatına, elminə nə verəcək? Şəxsən mən bir Azərbaycan vətəndşı olaraq ABŞ Dövlət Katibi Hillari Klintonun Azərbaycana səfərindən ölkəmiz üçün çox şeylər gözləyirəm. Alim, təşəbbüskar bir insan, ictimai-siyasi proseslərdə yaxından iştirak edən və günahsız insanların haqlarını daima müdafiə edən şəxs olaraq, mən özüm ABŞ Dövlət Katibi Hillari Klintonla Azərbaycan naminə və ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələdə inkişafı naminə 5 dəqiqə müddətində görüşmək arzusundayam. İstərdim ki, ABŞ-ın Azərbaycandakı səfirliyi bu arzumu nəzərə alsın. Qüdrət İsaqov Azərbaycan Respublikası Prezidentliyinə keçmiş namizəd, fizika-riyaziyyat elmləri doktoru, professor, Avropa Təbiət Elmləri Akademiyasının (ATEA) akademiki, ATEA-nın fəxri Rentgen medalı laureatı, Rusiyada nəşr olunan Beynəlxalq Alternativ Energetika və Ekologiya jurnalı baş redaktorunun müavini, Rusiyada nəşr olunan Beynəlxalq Kosmonavtika jurnalı baş redaktorunun müavini,

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA