Bu gün Azərbaycanda "Son zəng"dir

img

31-05-2012 [09:45]


Bu gün Azərbaycanın bütün ümumtəhsil məktəblərində 11-ci sinfi bitirən şagirdlər üçün son zəng çalınacaq. Orta məktəblərdə ?Son zəng? tədbirləri təhsil naziri Misir Mərdanovun müvafiq əmrinə əsasən, saat 10:00-dan başlayaraq üç saat müddətində yalnız təhsil müəssisəsinin ərazisində keçiriləcək. Bununla bağlı məktəb rəhbərlərinə müvafiq tapşırıqlar da verilib. Bildirilib ki, ?Son zəng?lə bağlı məktəb ərazisindən kənarda keçirilən tədbirdə hər hansı hadisə baş verərsə, məsuliyyət təhsil ocağının deyil, valideynlərin üzərinə düşəcək. Yeri gəlmişkən, Təhsil Nazirliyinin məlumatına görə, bu il ümumi təhsil məktəblərinin buraxılış (XI, XII) siniflərini 92178 şagird bitirəcək. Bu göstərici ötən il 97653 nəfər təşkil edib. Qiyabi və axşam ümumi təhsil məktəblərinin XII sinfini başa vuran şagirdlərin sayı 2011-ci ildə 442 nəfər olduğu halda, bu il onların sayının 786 nəfər olacağı gözlənilir. Bu il Bakı şəhərindəki əyani ümumi təhsil məktəblərinin XI sinfini 24285, IX sinfini isə 33977 şagirdin bitirəcəyi gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA