Xalq yazıçısı millət vəkilinə "Uzaq" dedi

img

30-05-2012 [08:39]


Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar millət vəkili Nizami Cəfərovun onun haqqında səsləndirdiyi fikirlərə cavab verib. Belə ki, bu gün Şamaxıda böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin 150 illik yubileyi ilə bağlı keçirilən tədbirdə N.Cəfərov çıxış edərək Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın xidmətlərini sadalayandan sonra onun barəsində hər deyilən sözə reaksiya verməməyə çağırıb. Modern.az saytının 525.az-a istinadən verdiyi məlumata görə, xalq yazıçısı Anar millət vəkilinin çağırışına münasibət bildirib.?Bu gün Sabirin 150 illik yubileyində onun şerlərini bir daha dinləyəndən sonra bu qənaətə gəldim ki, gərək, hər sözə cavab verməyim. Sabirin dediyi kimi, ?qoy söysün, uşaqdır uşağım? - deyə o qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA