Bakı və Abşeronda zəif toz dumanı olacaq - Bu gecədən

img

09-09-2018 [15:29]


Bakıda və Abşeron yarımadasında 9 sentyabr 2018-ci il tarixində gecə saatlarından etibarən zəif toz dumanı proqnozlaşdırılır.

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, buna səbəb ölkə ərazisində əsən şimal-qərb küləyinin şimal-şərq küləyi ilə əvəz olunması nəticəsində Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır: "Belə tozlu hava şəraitinin qısa müddət ərzində davam edəcəyi gözlənilir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA