Rusiyada azərbaycanlı 14 və 16 yaşlı bacı-qardaş itkin düşüb - Müəmma

img

07-09-2018 [16:46]


Rusiya Federasiyasının Novosibirsk vilayətində azərbaycanlı qardaş və bacı itkin düşüb. 

"Report"un əldə etdiyi məlumata görə, əslən Azərbaycanın Kürdəmir rayonundan olan 14 yaşlı Həsənov Ruslan Vidadi oğlu və 16 yaşlı Həsənova Xəyalə Vidadi qızı yaşadıqları Jeleznodarojnıy rayonunun ətrafında həmyaşıdları ilə kollektiv gəzinti zamanı yoxa çıxıblar. 

Bacı-qardaş yaxınlıqdakı kafeyə getmək adı ilə kollektivdən ayrılıblar və yoxa çıxıblar. 

Onların üzərindəki mobil telefonla həmin gün axşamdan əlaqə yaratmaq mümkün deyil. 

Azərbaycanlı yeniyetmələrin valideynləri ailəvi bizneslə məşğuldurlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA