Eldar Əzizov Bakı meriyasında kadr dəyişikliklərinə başladı - Səbail İH-dən meriyaya keçid

img

07-09-2018 [12:26]


Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) kadr islahatlarına başlanılıb.

Mia.az "Report”a istinadən xəbər verir ki, BŞİH-in Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə müdiri vəzifəsinə Ayaz İmaməliyev təyin olunub.

O, bundan öncə Səbail Rayon İcra Hakimiyyətində Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

BŞİH-dən bildirilib ki, kadr islahatları davam etdiriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 iyul 2018-ci il tarixli sərəncamı ilə BŞİH başçısının müavini vəzifəsinə Eldar Əzizov təyin olunub. Hazırda E.Əzizov BŞİH başçısı səlahiyyətlərini icra edir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA