Əsgərlərin psixoloji vəziyyəti yoxlanılır - Zakir Həsənovdan TAPŞIRIQ

img

07-09-2018 [11:55]


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, nazirliyin Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən cəbhəboyu zonada yerləşən hərbi hissələrdə şəxsi heyətlə iş üzrə zabitlərin və psixoloqların iştirakı ilə psixoloji işin təşkilinə dair tədbirlər keçirilib.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, hərbi hissələrin psixoloqları ilə "Hərbi qulluqçunun fərdi - psixoloji xüsusiyyətlərinin öyrənilməsi” mövzusunda keçirilən təlim-metodiki məşğələlərdə xidmətə yeni çağırılan və döyüş növbətçiliyinə yeni cəlb olunan hərbi qulluqçuların uyğunlaşma dövrünə xüsusi diqqətin yetirilməsi qeyd olunub, eləcə də hərbçilərə fərdi- psixoloji işə dair təlimat və tövsiyələr verilib.

Bundan əlavə, "Hərbi hissələrdə psixoloji işin təşkili və aparılması”, "Hərbi kollektivlərdə sosial psixoloji proseslərin öyrənilməsi” və "Hərbi qulluqçularla iş zamanı psixoloji amillərin rolu” mövzularında seminar məşğələlər keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA