Orduda siqaret qadağası - Nizamnamə dəyişikliyi parlamentdə müzakirə olunacaq

img

07-09-2018 [11:26]


Azərbaycan Milli Məclisinin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün payız sessiyasında ilk iclası keçiriləcək. İclasda "Silahlı Qüvvələrin Daxili xidmət” və "Silahlı Qüvvələrin Qarnizon və qarovul xidmətləri” nizamnamələrinə dəyişiklik müzakirə olunacaq.

"Silahlı Qüvvələrin Daxili xidmət” nizamnaməsində "Hərbi qulluqçulara əllərini cibində saxlamaq, həmçinin rəisin və ya böyüyün icazəsi olmadan onların yanında oturmaq və ya papiros çəkmək qadağandır” ifadəsində "papiros” sözü "tütün” sözü ilə əvəz edilərək məhdudiyyətin əhatə dairəsi daha da genişləndirilir.

Belə ki, qadağa təkcə papirosa yox, digər tütün vasitələrinə də şamil edilir.
"Report"

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA