Putin Azərbaycana gəlir - Köməkçisi məqsədi açıqladı

img

07-09-2018 [10:28]


Rusiya Prezidenti Vladimir Putin sentyabrın sonlarında Azərbaycana səfər edəcək.

Bu barədə "İzvestiya"ya Rusiya dövlət başçısının beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, bundan əlavə, ilin sonuna qədər rəsmi Moskva Azərbaycan, İran və Rusiya prezidentlərinin iştirakı ilə üçtərəfli sammitə ev sahibliyi edəcək.

Xatırladaq ki, Rusiya, İran və Azərbaycan rəhbərlərinin ilk görüşü 2016-cı ildə keçirilib. Sonrakı sammitlər Bakıda və Tehranda baş tutub/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA