Spiker Oqtay Əsədovun əmisi oğlunu da ?vururlar?

img

30-05-2012 [02:35]


Milli Məclisin sədri Oqtay Əsədovun Binəqədi rayon icra hakimiyyətinin başçısı Alı Qocayevn vəzifəsindən azad olunaraq, Samux kimi balaca bir rayona ?sürgün? olunmasının ardınca, spikerin digər bir qohumu Bakı Baş Səhiyyə İdarəsinin rəisi Leyla Seyidbəylinin də eyni taleyi bölüşməsindən (Bakının bütün səhiyyə müəssisələrinə nəzarət edən bir qurumun rəhbərliyindən müqavilə əsasında, özü də 2012-ci ilin sonunadək Mərkəzi Neftçilər Xəstəxanasına baş həkim təyin olunub- mia.az.) sonra, növbə Əsədovun digər qohumuna çatıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə informasiyalı mənbələrdən xəbər daxil olub. Məlumata görə, Oqtay Əsədovun Sumqayıt Poçt Filialının rəisi vəzifəsində işləyən əmisi oğlu Müşviq Əsədov da artıq vəzifəsini itirmək üzrədir: ?Müşviq Əsədov 5-6 ay əvvələ qədər tamamilə başqa bir sahədə işləyib. Daha dəqiqi, Oqtay Əsədovun az öncə nəzarətində olan ?Azərsu? ASC-nin Sumqayıt Su-Kanal İdarəsinin rəisi vəzifəsində işləyib. ?Azərsu? səhmdar cəmiyyətində baş verən rəhbər dəyişikliklərindən sonra, onun da su təsərrüfatı sahəsindəki karyerası bitdi. Sonradan çox müəmalı şəkildə Sumqayıt kimi ölkənin üçüncü böyük bir şəhərinin poçt sahəsinə rəhbər gətirildi. Yəni, onun bu vəzifəyə qədər rabitə və ya onunla bağlı hər hansı bir sahə ilə əlaqəsi, bağlılığı olmayıb. Amma Oqtay Əsədovun əmisi oğlu olduğuna görə, təcrübəsizliyi nəzərə alınmadan, onu Sumqayıt Poçt Filialının rəisi təyin etdilər. İndisə bir aya yaxındır ki, nazirlik və Azəripoçt? rəhbərliyi onu ?sıxışdırmağa? başlayıblar?. Məlumatda o da deyilir ki, Müşviq Əsədov qısa müddətdə xeyli iş də görüb: ?Amma təcrübəsizliyi bəzi sahələrdə müəyyən problemlərə yol açıb. Hələlik bu haqda danışmaq istəmirəm. Amma fakt odur ki, artıq ona xəbərdarlıq olunub. Əgər qısa müddətdə sahəsində dönüş yarada bilməyəcəksə, onu işdən azad edəcəklər. Əslində isə, bunlar bəhanədir. Məncə, hər şey Oqtay Əsədovun ətrafında yaşanan söz-söhbətlərlə əlaqəlidir?. Məsələ ilə bağlı Sumqayıt Poçt Filialının rəisi Müşviq Əsədovla əlaqə saxlamağa çalışsaq da, onunla danışmaq cəhdlərimiz alınmadı. Belə ki, filial rəisi zənglərimizə cavab vermədi. ?Azərpoçt? MMC-dən isə məsələyə münasibət bildirilməsindən yayınıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA