Azərbaycan prezidenti Naxçıvandan qayıtdı (YENiLƏNiB)

img

30-05-2012 [01:06]


Azərbaycan prezidenti İlham Əliyev mayın 30-da Naxçıvan Muxtar Respublikasına səfər edib. Ölkə başçısı İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov və digər rəsmi şəxslər qarşılayıblar. Dövlət başçısı fəxri qarovul dəstəsinin önündən keçib. Azərbaycan Prezidenti Muxtar Respublikanın rəhbər şəxsləri ilə görüşüb. Ölkə başçısı və xanımı Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Səfər çərçivəsində prezident İlham Əliyev tibb müəssisəsinin açılışında iştirak edib. Dövlət başçısı poliklinikanın rəmzi açılışını bildirən lenti kəsib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov məlumat verib ki, ölkəmizin digər bölgələrində olduğu kimi, Naxçıvanda da səhiyyə sistemi özünün ən uğurlu inkişaf dövrünü yaşayır. Bildirib ki, bu səhiyyə ocağı 1921-ci ildə Naxçıvan şəhər xəstəxanasının nəzdində yaradılıb və ambulatoriya kimi fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, binanın beşinci və altıncı mərtəbələrində yeni yaradılmış stomatoloji mərkəz fəaliyyət göstərir. Burada on kabinet, əməliyyat və rentgen otaqları və protez diş laboratoriyaları vardır. Mərkəz on stomatoloji qurğu, panorom rentgen, diş rentgeni, müxtəlif avtoklav və sterilizatorlar, lazer müalicə cihazı, diş müayinəsi, cərrahiyyəsi, protez və texniki alət dəstləri, tələbələr üçün yeddi, müəllimlər üçün isə bir fanton masa dəsti və digər avadanlıqla təchiz edilib. Burada 12 həkim, 19 orta tibb işçisi və 20 kiçik tibb işçisi çalışır. Qeyd olunub ki, poliklinikada Naxçıvan şəhərinin 66,2 min sakininə xidmət göstərən 12 sahə terapevti fəaliyyət göstərir. Burada 37 həkim, 56 orta tibb işçisi və 31 kiçik tibb işçisi vətəndaşlara xidmət göstərir. Tibb ocağında yaradılan şəraitlə tanış olan prezident İlham Əliyev poliklinikanın kollektivinə uğurlar arzulayıb. Günün sonunda dövlət başçısı Naxçıvandan Bakıya qayıdıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA