Bəxtiyar Hacıyev prezidentə müraciət etdi

img

29-05-2012 [04:21]


Bəxtiyar Hacıyevə dəstək qrupunun üzvləri mayın 29-da Bakıdakı 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan gənc fəalla görüşüblər. Bəxtiyar Hacıyev dəstək qrupu üzvlərinə deyib ki, bir neçə gün əvvəl prezident İlham Əliyevə müraciət edib və azadlığa buraxılması ilə bağlı məsələyə baxılmasını istəyib. Bəxtiyar Hacıyev 2011-ci il martın 4-də həbs edilib, Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinib və may ayında 2 il müddətinə azadlıqdan məhrum olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA