ADP hakimiyyətdən ?Eurovision? hesabatı tələb edir

img

29-05-2012 [04:01]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantının gündəliyində ötən həftə ərzində Azərbaycanla bağlı dünya ictimaiyyətinin narahatçılıqlarından dolayı baş verən hadisələr, o cümlədən ölkədaxili yaşanan bir sıra olaylar olub. İdarə Heyəti ilk öncə ötən həftə Azərbaycanda keçirilən ?Eurovision? Mahnı Müsabiqəsinin təşkilinə xərclənən vəsait və bu vəsaitlər qarşılığında ölkənin əldə etdiyi gəlirlər ətrafında müzakirələr aparıb. Qeyd edilib ki, bu yarışmanın təşkilatçıları tərəfindən xərclənən vəsaitin 65 milyon manat məbləğində olduğu bildirilsə də, müstəqil mənbələr tərəfindən bu məblğin on dəfələrlə artıq olduğu bildirilir. İdarə Heyəti ?Eurovision? Mahnı Müsabiqəsinin tarixində ən böyük xərcin məhz Azərbaycan hökuməti tərəfindən çəkilməsini qətiyyətlə pisləyib, bunu xalqa və dövlətə məxsus əmlakın dağıdılması kimi dəyərləndirib, eyni zamanda hakimiyyəti bu mahnı yarışmasından əldə olunan gəlirlər barədə xalqa obyektiv hesabat verməyə çağırıb. İdarə Heyəti ötən həftə ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatında Azərbaycanla bağlı bölümünü, Avropa Parlamentinin Azərbaycanda insan haqlarının vəziyyətinə dair qəbul etdiyi qətnaməni və ?AMNESTY İNTERNATİONAL? Beynəlxalq Təşkilatının Azərbaycanda insan hüquq və azadlıqları sahəsindəki son duruma dair açıqladığı bəyanatı da müzakirə edib. İdarə Heyəti hesab edib ki, bu hesabat, qətnamə və bəyanatlarda Azərbaycanda fundamental insan hüquq və azadlıqlarının acınacaqlı durumda olması barədə deyilənlər həqiqətə uyğundur, hətta Azərbaycan reallıqları həmin hesabat və qətnamələrdə göstərilənlərdən də ağır vəziyyətdədir. İdarə Heyəti qeyd edib ki, iqtidarın bu hesabatlardan nəticə çıxarıb ölkədə vəziyyəti dəyişdirmək əvəzinə həmin təşkilatlara qarşı böhtan dolu kampaniya aparması onu göstərir ki, bu hesabatlarla Azərbaycanda vəziyyətin müsbətə doğru dəyişəcəyi irreal olduğundan beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətinə daha ciddi vasitələrdən istifadə etməlidir. İdarə Heyəti ötən həftə ABŞ Konqresinin Helsinki Komissiyasının Azərbaycan, Ermənistan və Gürcüstanda seçkilər mövzusunda keçirdiyi debatda hər üç ölkədə qarşıdan gələn seçkilər ərəfəsində siyasi vəziyyətdən narahatçılığın ifadə edilməsini təqdir etmiş, eyni zamanda ölkədə mövcud durumun azad və ədalətli seçkilərin keçirilməsini istisna etdiyindən dolayı Qərbi və Avropanı Azərbaycanda seçkiqabağı situasiyanın demokratikləşdirilməsi naminə Azərbaycan xalqına və demokratik düşərgəsinə yaxından dəstək verməyə çağırıb. İdarə Heyəti ötən həftə ərzində ölkədə bir qrup dindarların həbsini də müzakirə etmiş, dini kəsimin siyasiləşmiş üzvlərinin kütləvi şəkildə həbs olunmasını, həmin şəxslərin işgəncələrə məruz qalmasını qətiyyətlə pisləyərək bu hadisələri həmin kəsimə qarşı aparılan repressiya kimi dəyərləndirmiş, hakimiyyəti ölkədə aparılan kütləvi həbsləri durdurmağa, ölkə vətəndaşlarını bu həbslərlə bağlı bətəndaş mövqeyi nümayiş etdirməyə, beynəlxalq ictimaiyyəti isə bu repressiya kampaniyasına siyasi və hüquqi qiymət verməyə çağırıb. İdarə Heyəti AXCP sədri Əli Kərimlinin evinə polis və mülki geyimli şəxslər tərəfindən basqın edilməsini, onun heç bir hüquqi əsas olmadan BŞBPİ-nə çağırılaraq izahat alınmasını, eyni zamanda son aksiyalar zamanı aksiya iştirakçılarına, xüsusi ilə qadınlara qarşı mülki formada qoçu dəstələri tərindən törədilən qeyri-insani, qeyri-etik və zorakı hərəkətləri qətiyyətlə pisləyib, baş verən bu hadisələri hakimiyyətin islah olunmaz olduğunun təzahürü, eyni zamanda Azərbaycan Konstitusiyasının və Sərbəst Toplaşmaq Azadlığı Haqqında Qanunun kobud şəkildə pozulması kimi dəyərləndirib. İdarə Heyəti Bakıda keçirilən 57-ci ?Eurovision? Mahnı Müsabiqəsinin qalibi olmuş İsveç təmsilçisi Lorini də təbrik edib. İdarə Heyəti hesab edib ki, bu xanımın başqa dövlətlərin təmsilçilərindən fərqli olaraq Azərbaycanda baş verən hadisələrə, o cümlədən fundamental insan hüquq və azadlıqlarının pozulmasına laqeyd qalmaması baxımından onun qələbəsi ikiqat qələbə kimi dəyərləndirilməlidir. İclasın sonunda partiyanın cari fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilib. #305;nda Az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA