MM Avropa Parlamentinə etiraz etmək üçün komissiya yaratdı

img

29-05-2012 [02:04]


Milli Məclisin bu gün keçirilən növbəti iclasında Avropa Parlamentinin Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı qəbul etdiyi qətnaməyə etiraz bildirilib. Çıxışlardan sonra qərara alınıb ki, Azərbaycan parlamentinin adından Avropa Parlamentinə rəsmi etiraz bildirilməsi üçün ayrıca sənəd hazırlansın. Bunun üçün Milli Məclisdə deputatlardan ibarət komissiya yaradılıb. Komissiyaya deputatlar Bahar Muradova, Əli Hüseynli, Rəbiyyət Aslanova, Sahibə qafarova, Azay Quliyev, Fərəc Quliyev, Fəzail İbrahimli daxil edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA