Buraxılız imtahanında iztirak edəcək zagirdlərin nəzərinə

img

29-05-2012 [01:29]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası buraxılış imtahanında iştirak edəcək şagirdlərə müraciət edib. Komissiya şagirdlərə imtahana gətirməli olan sənədlərin siyahısını elan edib. 11-ci sinif şagirdləri: 1. İmtahana buraxılış vərəqəsini 2. şəxsiyyət vəsiqəsini (16 yaşına çatmayanlar şəkilsiz şəxsiyyət vəsiqəsi ilə yanaşı təhsil müəssisəsi tərəfindən verilmiş və şagirdin fotoşəkili yapışdırılmış arayışı). 9-cu sinif şagirdləri: 1. İmtahana buraxılış vərəqəsini 2. şəxsiyyət vəsiqəsini və ya doğum haqqında şəhadətnaməni 3. təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı Buraxılış imtahanında iştirak edəcək əcnəbilər imtahana gələrkən imtahana buraxılış vərəqəsini, şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini təqdim etməlidirlər. 9-cu sinif şagirdləri qeyd olunan sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı da təqdim etməlidirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA