Prezident ilham Əliyev yeni yol açılızında!

img

28-05-2012 [02:45]


Prezident İlham Əliyev bu gün Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki yol qovşağının üçüncü kompleksinin açılış mərasimində iştirak edib. Bununla da Bakının Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində, metronun ?Koroğlu? stansiyasının yaxınlığında yerləşən müxtəlif səviyyəli yol qovşağının üçüncü kompleksi istismara verilib. Müstəqil İnformasiya Agentliyi President.az saytına istinadən xəbər verir ki, Prezident İlham Əliyev kompleksin açılışını bildirən rəmzi lenti kəsdikdən sonra nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına yol qovşağının tikintisi və texniki göstəriciləri barədə ətraflı məlumat verib. Bildirilib ki, ?Azəryolservis? ASC-nin sifarişi ilə ?Azərkörpü? ASC tərəfindən inşa olunmuş bu yol qovşağının tikintisinə Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında 2006-ci il aprelin 11-də başlanmışdır. Layihəyə əsasən üç kompleksdən ibarət olan bu qurğunun ümumi uzunluğu 3 min 145 metrdir. Qurğu doqquz körpü, körpü girişləri və qovşağın tərkib hissəsi olan avtomobil yollarından ibarətdir. Xatırladaq ki, İlham Əliyev bu gün Dənizkənarı Milli Parkın ərazisində ?Kiçik Venesiya şəhərciyi?nin açılışında da iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA