icra bazcısı prokurorla əlbəyaxa dava edib

img

28-05-2012 [02:15]


Məmurlar arasında vaxtaşırı narazılıqların olduğu, hətta bu münasibətlərə bəzi hallarda güc yolu ilə aydınlıq gətirildiyinə dair məlumatlar mövcuddur. Dünən isə bununla bağlı daha bir məlumat yayılıb. TİA.AZ sosial şəbəkələrdə yayılmış məlumata əsasən xəbər verir ki, məmurlar arasında güclə müşahidə olunan narazılıq Biləsuvarda baş verib. Facebookda məlumat yayan mənbənin iddiasına görə, iki gün öncə rayonun mərkəzində yerləşən Heydər Əliyev Parkında Biləsuvarın icra başçısı Mahir Quliyevlə rayonun prokuroru Seyfəddin Həsənov əlbəyaxa olublar. Həmin məlumatlarda o da iddia olunur ki, yaşanmış insidentlə bağlı videogörüntülər var və onlar yaxın günlərdə sosial şəbəkələr vasitəsi ilə yayımlanacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA