Rəsul Quliyevin yeni planı; Eks-spiker ALDP-ni özününküləzdirir

img

28-05-2012 [01:02]


Eks-spiker Rəsul Quliyev Norveçin paytaxtı Oslo şəhərində ALDP sədri Fuad Əliyev və sabiq müsavatçı Sülhədin Əkbərlə bir neçə günlük görüşlərinin nəticəsi ilə bağlı video-görüntüləri paylaşıb. Norveç parlamentinin qarşısında çıxış edən Rəsul Quliyev arxalarında duran parlamentin binasını göstərərək, 2013-cü il prezident seçkilərindən tutmuş, partiyasındakı dəyişikliklərlə bağlı sətiraltı mesajlar verib. Eks-spiker deyib ki, bir neçə gündür Fuad Əliyev və Sülhəddin Əkbərlə Azərbaycandakı mövcüd vəziyyət və çıxış yolları ilə bağlı müzakirələr aparıb və nəhayət, yekil fikrə gəliblər: ?Biz 2013 prezident seçkilərinin daha azad, sərbəst keçirilməsi üçün qətiyyətliyik və bu istiqamətdə qətiyyətli addımlarımızı da atacağıq?. Daha sonra Rəsul Quliyev Sülhəddin Əkbərlə birgə gələcək fəaliyyətlərinin konturlarını verib: ?Mən 20 ildir Sülhəddin müəllimi tanıyıram. Ona həmişə böyük hörmətim olub. Çox fədakar, mübariz bir şəxsiyyətdir. Çox ehtimal ki, yaxınlarda Açıq Cəmiyyət Partiyasının (ACP) rəhbərliyi yenidən kadr məsələsinə baxacaq. Sülhəddin müəllimlə ümid edirəm və əminəm ki, çox uğurlara nail olacağıq. Artıq o, birgə işləməyə də razılıq verib.Sözsüz ki, bir istiqamətə bir nöqtəyə vuracaq hədəfimiz olacaq. Əminəm ki, tezliklə cəmiyyətimiz, xalqımız bizim bir yerdəki fəaliyyətimizin təsirini hiss edəcəkdir?. Rəsul Quliyev ALDP sədri Fuad Əliyevlə də bağlı maraqlı faktlar açıqlayıb. O, partiya sədrinin atası ilə şəxsi dostluğunu qabardıb və deyib ki, Fuad Əliyevin atası onu qurğu rəisi təyin edib: ?Amma bu o demək deyil ki, bizim aramızdakı münasibətlər buna görədir. Fuad müəllimi gənc yaşlarından tanıyıram. Bilirəm ki, o, xalqına necə bağlı insandır??. Sonda Sülhəddin Əkbər də danışıb və o, Azərbaycanla bağlı Osloda geniş təhlillər apardıqlarını bildirib və əlavə edib ki, Azərbaycan xalqı Rəsul Quliyev faktorundan yararlanmalıdır: ?Rəsul Quliyev elə siyasətçidir ki, o, Azərbaycanın həm hakim elitasını, həm də əks düşərgəni özündə birləşdirəcək liderdir, şəxsiyyətdir, ağsaqqaldır. Rəsul bəyin qeyd etdiyi kimi, biz bir yerdə işləmək qərarına gəldik və hesab edirəm ki, Azərbaycanda demokratiyanın qalib gəlməsi, Rəsul bəyin vətənə dönüb, seçkidə iştirak edəcəyini təmin edəcəyik?. Göründüyü kimi, Rəsul Quliyev və onun yeni tərəfdaşları nikbin danışaraq, özlərini hakimiyyətin yeni alternativi kimi xarakterizə etməyə və eyni zamanda, qarşıdakı günlərdən etibarən Azərbaycanın siyasi məkanında yeni bir dalğanı başladacaqlarının konturlarını verməyə çalışıblar. Bəs, Quliyevçilər hansı addımları atacaqlar? Onlar Rəsul Quliyevi vətənə necə gətirməyi düşünürlər? Və yaxud ölü vəziyyətdə olan və qeydiyyatı olmayan ACP-ni necə ?dirildəcəklər?? Bu və ya digər suallarla bağlı Rəsul Quliyevə yaxın olan və etibarlığına şübhə olmayan informasiyalı şəxs ?Reytinq?in əməkdaşı ilə söhbətində deyib ki, Rəsul Quliyevin planı ACP-ni ?diriltmək? deyil: ?Yəqin siz bir neçə aydır Rəsul Quliyevin Sülhəddin Əkbərlə əməkdaşlığa hazırlaşdığı haqda xəbərləri oxuyursunuz. Qəzetlər yazır, Sülhəddin Əkbər isə diplomatik cavablar verir. Ancaq əsl həqiqəti bu günə qədər gizlədilir. Diqqət edin, Sülhəddin Əkbərin ACP-nin başına gətiriləcəyi xəbəri intensivləşən kimi, Vaqif Mahmudov dedi ki, o, partiyanın üzvü deyil və belə bir dəyişiklik nizamnaməyə ziddir. Yəni bu o deməkdir ki, ACP-nin faktiki rəhbərliyi Sülhəddin Əkbərin partiyaya sədr gətirilməsinə razı deyillər. Amma onlar da Rəsul Quliyevin planından dəqiq məlumatlı deyillər. Video-çıxışdan da görünür ki, Rəsul Quliyev Sülhəddin Əkbərin konkret ACP-nin başına gətirilməsindən söz açmır. Sadəcə birgə işləməyə razı olduqlarını deyir və əlavə edir ki, yaxın günlərdə ACP rəhbərliyi kadr məsələlərinə baxacaq. Sizi əmin edirəm ki, Rəsul Quliyevin əsas məqsədi Sülhəddin Əkbəri ACP-nin sədri postuna gətirib, qeydiyyatsız bir partiyanı ayaq üstə qaldırmaq deyil. Hamı yaxşı bilir ki, o partiyanı qeydiyyata aldırmağın özü uzun bir vaxt və mübarizə tələb edir. Rəsul Quliyev isə tələsir və eyni zamanda, qeydiyyatlı bir partiyanın lideri kimi önə çıxmaq və bu statusla beynəlxalq təşkilatlarla danışıqlar aparmaq niyyətindədir?. Müsahibimiz deyir ki, məhz buna görə də Osloda ?Üçlər?in görüşündə əsas müzakirələr də bu istiqamətdə gedib: ?Rəsul Quliyevin planı ondan ibarətdir ki, ACP-ni qeydiyyatı olan ALDP-yə birləşdirmək və Sülhəddin Əkbəri həmin partiyanın sədri postuna gətirmək istəyir. Hələ ABŞ-da Fuad Əliyevlə bu barədə söhbətləri olub. Osloda isə Sülhəddin Əkbərlə birlikdə müzakirələr aparılıb və ALDP sədri də bu plana razılıq verib. Beləliklə, Sülhəddin Əkbər gücləndirilmiş partiyanın sədri, Fuad Əliyev birinci müavini, Rəsul Quliyev isə lideri və prezidentliyə namizədi olacaq?. "Reytinq"

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA