Girovdakı zairlərlə bağlı iranın tələbi var

img

27-05-2012 [11:16]


İranda itkin düşmüş gənc şairlərimiz Fərid Hüseyn və Şəhriyar Geraninin tapilması ilə bağı məlumatlar verilib. Bu məsələnin müstəqil təhqiqatına başlamış və bununla əlaqədar İrana səfərə hazırlaşan hüquqşünas-tədqiqatçı İlqar Altayla söhbət etdik. İlqar Altay İranda itkin düşən şairlərin barəsində İran tərəfdən rəsmi və qeyri-rəsmi məlumat verilmədiyini nəzərə alıb məsələnin aydınlaşması üçün müstəqil təhqiqata ehtiyac yarandığını bildirdi: ?Buna görə də necə gun idi şairlərin yaxın-qohumları, İranda bu həbsin şahidləri olmuş İmişli sakinəri, digər əlaqədar şəxs və dairələrlə söhbətlər edib lazımi məlumatlar toplamişdım. Planımızda bu idi ki, sabah həftənin birinci gunu İran səfirliyində olub onlara səfəröncəsi rəsmi müraciət edim. Ancaq bu gun şairlərin valideyinləri mənə bir şad xəbər catdırdılar ki, bu gun nəhayət İrandan onlara zəng açıblar. Bildiriblər ki, onlari İranın hökumət strukturları saxlayıb və azad olmaları ücün bəzi tələblər irəli sürülür?. Məsələnin daha ətraflı izahı və tələblərin nədən ibarət olmasına gəldikdə İlqar Altay aşağıdakıları bildirdi: ? Bu gün hər iki şairin valideyinləri bu barədə mənə məlumat verdilər ki, bu gün yerli vaxtla saat 12-dən 1-ə işləmiş İrandan onlara zəng olunub. Oğulları təcridxanadan müstəntiqin telefonu ilə elə onun yanından danışdığını bildiriblər. Həbs olunmuş Şəhriyarın atası Hacı Mailin sözlərinə görə oğlu müstəntiqin sözlərini ona çatdırıb ki, onları guya indiyədək miqrasiya pozuntusuna görə saxlayıblar. İran ərazisində icazəsiz yerdəyişmələrə, yəni poyeziya festivalı keçirilən Marağa zonasından Təbrizə gəldiklərinə görə saxlayıblar. Bu 24 gün ərzində yoxlama aparıblar və ciddi bir cinayət pozuntusu aşkar etməyiblər. Indiki halda onların azad olunmaları üçün hansısa rəsmi tələbnaməyə ehtiyac var. Yəni bizdən tələbləri budur ki, Azərbaycan Xarici İşlər Nazirliyi Təbriz Konsulluğuna rəsmi məktub göndərməlidir?. Bu məktub-sənədin konkret nədən ibarət olduğu və niyə bu tələbin rəsmi dəvlət səviyyəsində istənilmədiyini, niyə bu danışıqların dövlətlərarası səviyyədə aparılmadığı sualina hüquqşünas cavab verməkdə cətinlik çəkdiyini bildirdi: ? Bilmirəm bu sənədin adı nədir, xahişnamədir, və yaxud tələbnamədir. Bunu gərək hər iki tərəfin rəsmiləri aydınlaşdırsın. Görünür, bu da İran tərəfinin gənc şairlərimiz ətrafında qurduğu növbəti oyunun dövlətlərarası səviyyədə anlaşma mümkünsüzlüyündən irəli gəlir?. Şairlərimizin həbsinin nə dərəcədə qanuni olmasını hüquqşünas tədqiqatçı belə izah etdi: ?İran tərəfinin vətəndaşlarımız olan şairləri nə əsasda tutub saxladığı və ya miqrasiya pozuntusuna görə saxlayıbsa, bu müddətdə niyə indiyədək gizlətdikləri barədə sualları sonra ortaya qoyarıq. Bütün bu irad və suallar sonranın işidir. İndiki halda mənim bizim XİN və aidiyyətli diplomatik qurumlarımızdan xahişim odur ki, məsələyə dərhal reaksiya versinlər. Şairlərimizin azad olması imkanı yaranmışkən gecikdirilmədən əllərindən gələni etsinlər. Şairlərin valideyinləri də məndən bunu müvafiq orqanlara təcili çatdırmağı xahiş etdilər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA