Mərkəzi Seçki Komissiyası icra bazçısının istəyini rədd etdi

img

27-05-2012 [10:33]


İmişliyə yeni icra başçısı təyin olunmuş Vilaym Hacıyevin ilk kadr islahatı uğursuzluqla nəticələnib. O, 80 saylı Dairə Seçki Komissiyasının (DSK) sədrini dəyişmək, onun yerinə isə DSK-nın bitərəf katibini gətirmək istəyib: ?Bunun üçün də icra başçısının göstərişi ilə YAP rayon təşkilatının sədri həmin bitərəf katibin namizədliyini təsdiq edib. Təsdiqlənmiş bu sənəd Mərkəzi Seçki Komissiyasına göndərilsə də, MSK həmin göndərişi rədd etdi. Bu isə icra başçısının ilk kadr siyasətinin daşa dəyməsi kimi yozulur?. Bu barədə ?Reytinq?ə 80 saylı Dairə Seçki Komissiyasının adının çəkilməsini istəməyən üzvlərindən biri məlumat verib. Onun sözlərinə görə, Müsahibimizin sözlərinə görə, həmin göndərişi MSK-ya göndərənlər başçıya mövcud qanunları xatırlamağa cəsarət etməyiblər: ?İkinci variant isə odur ki, özləri də qanunlardan bixəbərdirlər. Belə ki, ?Seçki Məcəlləsinə görə, komissiya sədrlərinin və üzvlərinin ərizələri olmadıqları halda, onları əvəzləmək qeyri-mümkündür?. Yeni icra başçısının nədən 80 saylı DSK-da sədr dəyişkənliyinə getməsinə gəlincə, müsahibimiz ?ola bilər ki, başçıya bu dairə haqqında hansısa məlumat çatdırıblar. Ona görə də əhəmiyyətli sahələr qaldığı halda, ilk olaraq bu DSK-dan islahata qərar verdi. Görünür, icra başçısı 2013 prezident seçkilərinə indidən hazırlıqlı getmək və hər hansı bir problemlə üzləşməmək istəyir. Yəqin ona deyiblər ki, həmin seçkiləri bu dairədən katib daha yaxşı təşkil edib, keçirə bilər. Başqa izah tapmaq çətindir?, - deyə, bildirib. "Reytinq"

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA