Bu gün rayonlara dolu düzəcək

img

27-05-2012 [12:37]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb. Məlumata görə, mayın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Arabir güclənən şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-20 isti, gündüz 24-29 dərəcə isti olacaq. Azərbaycanın rayonlarına gəlincə, mayın 27-də əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi şimal və qərb rayonlarında lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 16-21, gündüz 25-30, dağlarda gecə 7-11, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir. Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qısa icmalını da açıqlayıb. Mayın 27-də Respublikanın rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA