Deputat türkiyəli rektorla görüzüb

img

26-05-2012 [05:14]


Millət vəkili, Siyasi Elmlər üzrə Fəlsəfə Doktoru Qənirə Paşayeva Türkiyənin İstanbul Bilgi Universitetinin rektoru prof.dr. Ramzi Sanver ilə görüşüb. Görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də sıx əməkdaşlığın olduğunu bildirən Q.Paşayeva bu əlaqələrin ildən-ilə genişləndiyini və bunun əhəmiyyətini qeyd edib. Türkiyənin İstanbul Bilgi Universitetinin rektoru prof.dr.Ramzi Sanver də Azərbaycanın ail təhsil müəssisələri ilə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirib və bu əməkdaşlığın hər iki ölkə arasında təhsil sahəsində o cümlədən rəhbərlik təhsil ocağı ilə Azərbaycan ali məktəbləri arasında əlaqələrin daha da gücləndirilməsində maraqlı olduqlarını vurğulayıb. Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini deyən prof.dr.Ramzi Sanver Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini də bildirib və iki ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafından məmnunluğunu da bildirib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Türkiyənin İstanbul Bilgi Universitetinin rektoru Ramzi Sanverə Azərbaycan həqiqətlərinə, mədəniyyətinə, tarixinə dair materiallar, kitablar təqdim edib. Millət vəkili Ramiz Sanverə araştırmaçı-yazar Azər Turanla həmmüəllifi müəllifi olduğu ?Əlibəy Hüseynzadə Turan? kitabını təqdim edib. O bildirib ki, Əlibəy Hüseynzadə -Turan özünün böyük fəaliyyətinin bir hissəsini məhz Türkiyəyə bağlamışdı və burada milli düşüncəli və savadlı aydınların yetişməsində misilsiz xidmətlər göstərmişdir. Q. Paşayeva özünün ?Şərq? qəzetinin baş redaktoru Akif Aşırlı ilə birgə yazdığı ?Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım? kitabını və Azərbaycanın Qarabağ icmasının üzvü Həvva Məmmədova ilə birgə yazdığı ?Xocalı soyqırımı: Şahidlərin dilindən? kitablarını da təqdim edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA