26-05-2012 [10:33]
AXCP sədri Əli Kərimlinin evinə mayın 26-sı səhər saatlarında polis basqını olub. AXCP sədri Əli Kərimli vəkilini gözləyir və saat 11.00-da Bakı Şəhər Baş Polis İdarəsinə gedəcək.
AXCP sədri Əli Kərimli evinə polis basqını ilə bağlı bildirib ki, səhər saatlarında 8 nəfər mülki geyimli şəxs onun evinə gəlib, qapını açmağı tələb ediblər. Əli Kərimli qapını açmayıb. Onlar Əli Kərimlini Bakı Şəhər Baş Polis İdarəsinə dəvət ediblər. Əli bəy bildirib ki, saat 11:00-da ora gedəcək. Əli Kərimli həmçinin əlavə edib ki, dünən gecə 23:00-03:00 radələrində də evi bir neçə şəxs tərəfindən mühasirədə olub.
Partiya sədrinin köməkçisi Faiq Əmirovun "musavat.com"a verdiyi məlumata görə, polislər onun yaşadığı evi əhatəyə alıblar. Onlar Ə.Kərimlini həbs etmək üçün gəldiklərini deyiblər.
Səhər saat 09.40 radələrində yenidən Əli Kərimlinin evinə gələn və bu dəfə polis geyimində olan iki nəfər ona saat 11.00-da Bakı Şəhər Baş Polis İdarəsində olması üçn çağırış vərəqəsi veriblər.
Əli Kərimli mənzilinin qarşısında jurnalistlərə açıqlama verərək, bunu hakimiyyətin ona təzyiqi ilə əlaqələndirib: ?Mən heç bir qanunsuz hərəkət etməmişəm. Qanunlar çərçivəsində fəaliyyət göstərir, mübarizə aparıram. Evə gecə saatlarında mülki geyimdə gələn və qapımı o şəkildə döydükləri üçün onlara cavab vermədim. Onların qapını döymələrindən anlaşılırdı ki, gələnlər yaxşı adamlar deyillər. Saat 11-də çağırışa əməl edib, şəhər polisinə gedəcəyəm?.
Əli Kərimli üzləşdiyi hadisəni özünə qarşı təzyiq hesab etdiyini bildirib: ?Şübhəsiz ki, bu, mənə qarşı bir təzyiqdir və bununla bağlı müraciəmtim olacaq?.
Saat 11.00 radələrində Əli Kərimli Bakı Şəhər Baş Polis İdarəsində olub. Xeyli gözlədikdən sonra o, vəkili ilə içəri daxil olub. Kərimlinin digər vəkili Mənsum Bayramov isə içəriyə buraxılmayıb.
Bu dəqiqələrdə AXCP sədri hələ də şəhər polisində izahat verir. Mənsum Bayramovun sözlərinə görə, AXCP sədrini ən uzağı bir sutka saxlaya bilərlər.
Bu arada isə Daxili İşlər Nazirliyi AXCP sədri Əli Kərimlinin yaşadığı ünvana polis əməkdaşlarının gəlməsi və onun Bakı şəhər Baş Polis İdarəsinə çağırılması barədə yayılan xəbərlərə münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov APA-nın sorğusuna cavab olaraq bildirib ki, dünən şəhərin mərkəzində, Milli Parka yaxın ərazidə ictimai qaydanı və asayişi kobud şəkildə pozmağa cəhd edən və polis tərəfindən saxlanılan şəxslərdən bir neçəsi öz izahatlarında onları bu işə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin təhrik etdiyini bildirib: ?Buna görə Əli Kərimlinin özünün də polisə çağırılaraq izahat verməsi zərurəti yaranıb. Əli Kərimli telefon zənglərinə cavab vermədiyinə görə, iki polis əməkdaşı dünən axşam saatlarında onun yaşadığı ünvana gedərək çağırış vərəqəsi təqdim etmək istəyib. Lakin mənzilin qapısını heç kim açmayıb. Bu gün səhər saatlarında iki polis əməkdaşı yenidən bir neçə dəfə həmin ünvana baş çəkib, nəhayət saat 09.40 radələrində çağırış vərəqəsini ona təqdim ediblər. Lakin AXCP sədri dövlət hakimiyyətinin nümayəndəsi olan polis əməkdaşının vətəndaşın yaşadığı ünvana gedərək çağırış vərəqəsini təqdim etməsi kimi ən adi prosedur qaydası ətrafında da süni ajiotaj yaratmağa, guya 8 polis əməkdaşının onun evinə basqın etməsi barədə yersiz hay-küy qaldırmağa çalışıb. Əli Kərimlinin bu hərəkəti məsələni siyasiləşdirmək və Azərbaycanda olan xarici jurnalistlərin diqqətini özünə cəlb etmək cəhdindən başqa bir şey deyildir. Hazırda Əli Kərimli izahat vermək üçün Bakı Şəhər Baş Polis İdarəsindədir?.
15.0.0-a olan məlumata görə, Əli Kərimli hələ də Bakı Şəhər Baş Polis İdarəsindədir. Və şəhər polisinin önünə yığılan AXCP sədrinin tərəfdarlarına qarşı polislərin təzyiqi başlayıb. AXCP üzvü, jurnalist Natiq Güləhmədoğlunun verdiyi məlumata görə, Əli Kərimliyə dəstək üçün polis idarəsinin qarşısına yığılan insanlara qarşı kobudluq edilir: ?Polis süni gərginlik yaradir. Insanların dinc müşahidəsinə belə, imkan vermirlər?.
Son məlumata görə, Kərimlinin izahatı alındıqdan sonra sərbəst burxılıb.
AXCP sədri Əli Kərimli artıq Bakı Şəhər Baş Polis İdarəsindən qayıdıb. O hazırda Avropa Parlamentinin üzvü ilə görüşür. Görüş ərəfəsində ondan qısa açıqlama aldıq. Məni dəvət eləmişdilər Bakı Baş Polis İdarəsinə. Orda Bakı Baş Polis İdarəsinin rəisi və prokuror mənimlə söhbət etdilər. Sonra istintaq idarəsinin rəisinin iştirakı ilə müstəntiq məni dindirdi. İzahat aldılar və xəbərdarlıq etdilər.
Bu qanunsuzluqdur. Mənə dedilər ki, ölkəmizdə böyük beynəlxalq tədbir keçirilir, siz də ?Eurovision? günlərində aksiyalar keçirirsiz. Mən də cavab verdim ki, belə tədbirin keçirildiyi ölkədə sadəcə, flaşmoba görə müxalifət liderinin izahat üçün dəvət edilməsi özü dövlətin imicinə zərbədir. Dünyanın harasında flaşmoba görə müxalifət liderindən izahat alına bilər, istintaqa dəvət oluna bilər? Bu, ancaq Azərbaycan və Azərbaycan kimi qeyri-demokratik ölkələrdə baş verə bilər. Onlar hesab edirlər ki, İctimai Palatanın son aksiyaları qanunsuzdur. Mən də izah etdim ki, biz Azərbaycan Konstitusiyasına və ?Sərbəst toplaşmaq haqqında? qanuna istinad edərək həmin aksiyaları keçirmişik. Heç bir qanun pozuntusuna yol verməmişik. Həmin aksiyada iştirak edənlər də İctimai Palatanın qərarını yerinə yetiriblər. Eyni zamanda vurğuladım ki, bizim mübarizəmiz dinc mübarizədir. Biz dinc mübarizə ilə Azərbaycanın demokratikləşməsi uğrunda mübarizəni davam etdirəcəyik.#601;r#252;k beyn#601;hd ed#601;mizd