Rövnəq Abdullayevdən döyülən jurnalistlə bağlı yalan açıqlama

img

25-05-2012 [10:18]


?Tam məsuliyyətimlə deyə bilərəm ki, Sulutəpədə baş verən hadisələrlə bağlı SOCAR tərəfindən ədalətli araşdırma aparılıb. Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, bizim bir neçə əməkdaşımız vəzifə səlahiyyətini müəyyən qədər aşıb. Sözsüz ki, həmin əməkdaşlar cəzalandırılacaq. Lakin bir şeyi də deməliyəm ki, həmin hadisədə jurnalistin döyülməsi baş verməyib. Həmin qarşıdurmada döyüldüyü iddia edilən şəxsin üzərində peşə fəaliyyətini təsdiq edən heç bir sənəd olmayıb. Biz bilirik ki, həmin şəxsin və onun qardaşlarının Sulutəpədə qanunsuz tikilmiş evləri və torpaq sahələri var. Orda müəyyən qruplar var ki, qanunsuz torpaqları zəbt edib və həmin torpaqları satır?. Bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib. Maraqlı burasıdır ki, R.Abdullayev jurnalistin döyülməsi ilə bağlı danışarkən, tam əsassız fikirlər söyləyib. Belə ki, şirkət rəhbərinin sözlərindən fərqli olaraq, jurnalist İdrak Abbasovun əynində peşə fəaliyyətini təsdiq edən forma, yəni üzərində ?press? yazılmış gödəçkçə olub. Bunu hadisə yerində çəkilmiş çoxsaylı fotolar da təsdiq edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA