?Təmiz Dünya? Qadınlara Yardım ictimai Birliyi ictimai dinləmələr keçirəcək

img

25-05-2012 [01:36]


?Təmiz Dünya? Qadınlara Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə ?İnsan alveri ilə mübarizə və Azərbaycan təcrübəsi: ictimai müzakirələrin keçirilməsi? adlı layihəsi çərçivəsində İCTIMAİ DİNLƏMƏLƏRƏ start verir. Layihənin müddəti 4 aydır. Layihə çərçivəsində 5 bölgə üzrə ekspertlər öz ərazilərində insan alverinə şərait yaradan problemləri iştirakçıların diqqətinə çatdıracaq. Tədbir zamanı, layihə çərçivəsində nəzərdə tutulan insan alveri mövsuzunda və 6 dilə tərcümə edilmiş bukletlər paylanacaq. Tədbirin yeri: Beynəlxalq Mətbuat Mərkəzində (Mətbuat pr-ti 529 məhəllə, bina 23, 6-cı mərtəbə Dəyirmi zal) keçiriləcəkdir Tədbirin vaxtı: 29 may 2012 saat 11.00-da Tədbirin məqsədi: İnsan alverinə şərait yaradan səbəblərin aşkarlanması və müsbət təcrübənin bölüşməsi. İştirakçılar: İnsan alverinə qarşı mübarizə idarəsinin əməkdaşları; QHT rəhbərləri; KİV nümayəndələri; Qadınlar; Gənclər ( tələbələr). Ekspertlər: Gəncə şəhərində fəaliyyət göstərən ?Təmas? regional İctimai Birliyinin rəhbərləri: Südabə Məmmədova və Kübra Ələkbərova Müzakirə edilən mövzular:  Gəncə şəhərində fəaliyyət göstərən QHT-ın ekspertlərinin həmin ərazidə insan alverinə şərait yaradan səbəblər barədə dinləmə;  İnsan alverinin qarşısının alınması ilə bağlı resurslar barədə dinləmə;  Gəncə üzrə görülmüş işlərlə bağlı İnsan alverinə Qarşı Mübarizə idarəsinin əməkdaşının məlumatını dinləmək;  Iştirakçılar tərəfindən sual ?cavablar Tədbirin Informasiya dəstəyi QHT xəbər. az-a məxsusdur ?Təmiz Dünya? təşkilatı haqda əlavə məlumat əldə etmək üçün Layihə rəhbəri Mehriban Zeynalova ilə e ? mail vasitəsi ilə tamizdunyasu@gmail.com ya (+994 50/55) 314-35-15 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA