Nəsimi və Nərimanov rayonlarında su olmayacaq

img

25-05-2012 [11:24]


Bu gün ərzində paytaxtın Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə - Vaqif prospekti, S. Vurğun, Xan Şuşinski, M.Qaşqay, C.Hacıbəyli, F.X.Xoyski küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə ?Azərsu? ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. ?Azərsu? Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. Məhdudiyyət abunəçilərin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədi ilə Bakı şəhəri Nərimanov rayonu ərazisində uzun müddət istismarda olan çuqun boru xəttinin 500 mm diametrli metal borularla dəyişdirilməsi ilə əlaqədardır. ASC yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA