Vitse-spiker: "Bizim üstümüzə itlər çox hürəcək"

img

22-05-2012 [03:47]


??İt hürər, karvan keçər? deyiblər. Bizim üstümüzə itlər çox hürəcək. Amma karvanımız keçəcək. Bəla burasındadır ki, indi çaqqallar daha çox hürür. Hamı bir olmalı, çəkici bir nöqtəyə vurmalıdır?. Bunu vitse-spiker Ziyafət Əsgərov Milli Məclisin mayın 22-də keçirilən iclasında səsləndirib. İclasda cari məsələlərin müzakirəsi əsasən İranın Azərbaycana qarşı təhdidləri və ?Eurovision? ərəfəsində Bakıda keçirilən etiraz aksiyalarına həsr edilib. YAP-dan olan deputat Mübariz Qurbanlı isə bildirib ki, işğalçı ölkə ilə həmkar olan İran regionu tamamilə təhlükə altına alıb: ?Tehranın bu hərəkəti Azərbaycanın İranla imzaladığı sənədlərə də ziddir. Hazırda İran etdikləri azmış kimi, Azərbaycandakı səfirini də geri çağırır. Səfirin bu şəkildə geri çağırılması qarşılıqlı münasibətlər üçün xoşagələn deyil?. Mübariz Qurbanlının fikrincə, erməni lobbisi və İrandakı dairələr Bakıda keçirilən ?Eurovision? mahnı müsabiqəsinin əleyhinə gedirlər: ?İranda anti-Azərbaycan mitinqi təşkil edənlərin hərəkətini pisləyirəm. İran kimi adında İslam sözünü daşıyan ölkə Ermənistan kimi bir ölkə ilə dostluq etməməli idi, amma etdi. Bu baxımdan, hesab edirəm ki, Azərbaycandakı vətənpərvər gənclər də Bakıda İran səfirliyi qarşısında keçirdikləri mitinqdə haqlıdır?. Deputat Qənirə Paşayeva isə deyib ki, İran iki azərbaycanlı şairi girov götürüb. Onların həbs olunması barədə heç bir açıqlama belə verilməyib. Qənirə Paşayevanın fikrincə, İran narkotik qaçaqmalçıları ilə dəyişdirmək üçün ora müalicəyə gedən insanları girov götürür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA