Samir Şərifov MDB ölkələri maliyyə nazirlərinin iclasında iztirak edəcək

img

22-05-2012 [03:41]


22-24 may tarixlərində Qazaxıstanın paytaxtı Astanada V Astana İqtisadi Forumu keçiriləcək. Forumun işində Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən maliyyə naziri Samir Şərifovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edəcək. Maliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Forum çərçivəsində mayın 23-də Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan ölkələrin maliyyə nazirlərinin daimi fəaliyyət göstərən Müşavirəsinin 6-cı iclası da keçiriləcək. İclasda MDB üzvü olan ölkələrin maliyyə və iqtisadi vəziyyəti, dövlətlərin Maliyyə Nazirlikləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun həyata keçirilməsi üçün fəaliyyət planı, cari qlobal qeyri-sabitlik fonunda maliyyə riskləri və digər məsələlər müzakirə olunacaq, gələcək əməkdaşlıq hədəfləri müəyyənləşdiriləcək. MDB dövlətləri maliyyə nazirlərinin daimi fəaliyyət göstərən Müşavirəsi vəziyyəti öyrənmək və böhrana qarşı tədbirlər hazırlamaq üçün 2008-ci il oktyabrın 10-da üzv dövlətlərin hökumət başçılarının qərarı ilə yaradılıb. Qurumun ilk iclası 2008-ci il oktyabrın 21-də keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA