YAP-çılar Milli Məclisdə irana ?hücum? etdi

img

22-05-2012 [12:50]


Bu gün Milli Məclisdə YAP-çı deputatlar İranla Azərbaycan arasındakı gərgin münasibətlərdən və ?Eurovision-2012? mahnı müsabiqəsinin əleyhdarlarından danışıblar. YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı deyib ki, rəsmi dövlət adında İslam sözü olan İranın Ermənistanla eyni mövqe tutması təəssüfləndiricidir: ?İranın Azərbaycandakı səfirliyi qarşısında gənclərimizin keçirdiyi aksiya məntiqə uyğun idi?. O, İranın Azərbaycandakı səfirinin ölkəsinə çağırılmasına da münasibət bildirib və bunun yolverilməz hal olduğunu vurğulayıb. Deputat Qənirə Paşayeva M.Qurbanlının dediklərinə dəstək verib: ?Əvvəlcə dedilər ki, Bakıda gey-parad olacaq. Azərbaycan tərəfi belə bir şeyin olmadığını bildirəndə, dedilər ki, bu müsəlmançılığa ziddir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA