iran Azərbaycandakı səfirini geri çağırdı (Yenilənib)

img

22-05-2012 [12:52]


İranın Xarici İşlər Nazirliyi Bakıdakı səfiri Məhəmməd Bağır Bəhramini geri cağırıb. Səfirin geri çağırılmasına İranın Bakıdakı səfirliyi qarşısında keçirilən aksiyalar zamanı dini liderin təhqir olunmasının səbəb olduğu bildirilir. Mia.az "SalamNews"a istinadən xəbər verir ki, hələlik diplomatın Tehrana məsləhətləşmələr üçün çağırıldığı ehtimal olunur. Lakin onun nə zaman geri dönəcəyi məlum deyil. Səfir sabah öz ölkəsinə yola düşəcək. Son məlumata görə, səfir artıq öz ölkəsinin Xarici İşlər Nazirliyinin çağırışı ilə İrana gedib. Onun məsləhətləşmələrdən sonra Azərbaycana qayıdacağı bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA