Prezident Aparatının zöbə müdiri QHT-ləri suçladı

img

21-05-2012 [02:06]


?Yaşadıqları evləri sökülən, mülkiyyət hüquqları pozulan insanlarla bağlı üç tələb qoyulub: Alternativ imkanların yaradılması, indikindən daha yaxşı mənzillə təmin edilsinlər, razılaşmadıqları halda vətəndaşın məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi. Bu gün mətbuatda mülkiyyət hüququ pozulan ancaq üç nəfərin adı hallanır. Bu nəyə lazmıdır?!? Bunu Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov keçirdiyi mətbuat konfransında deyib. ?Bakı Kristal Zal?a isə 50 milyon ayrıldığını bildirən Ə. Həsənov digər xərclərin ?Eurovision?a aid olmadığını bildirib: ?Müsabiqə bitdikdən sonra onu söküb aparmayacağıq. Orada digər tədbirlər də keçiriləcək. Dünyanın hansı ölkəsində bu var ki, hökumət bir şey tiksin və QHT-lar düşsün onun üstünə ki, sən niyə çox pul xərcləmisən?. Son dövrlər Qərb mətbuatında Azərbaycana olan təzyiqlərə münasibət bildirən Əli Həsənov deyib ki, bunlar bilərəkdən ayrı-ayrı mərkəzlər tərəfindən planlaşdırılmış işdir: ?Bu məsələdə iki təşkilat aktivdir. ?Eurovision?un Bakıda keçirilməsi təsdiqləndikdən sonra ?Amnesty İnternational?, ?Human Rights Watch? başladılar Azərbaycan əleyhinə hesabatlar dərc etməyə. İstəməzdik ki, Azərbaycan xalqı bu təşkilatlara olan etimadını itirsin?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA