Fəvvarələr meydanında aksiya keçirildi(yenilənib)

img

21-05-2012 [01:36]


İctimai Palatanın bu günə planlaşdırdığı etiraz aksiyası bu gün saat 13-də Fəvvarələr meydanında başlayıb. 50-yə yaxın İctimai Palata fəalları Fəvvarələrlə meydanına daxil olaraq "İstefa", "Azadlıq" şüarları səsləndiriblər. Qeyd edək ki, etiraz aksiyasının məqsədi Bakı Şəhər İcra Hakimiyyətinin İctimai Palataya əlverişli mitinq meydanı ayırmasından imtinadır. IP fəallarının daha bir qrupu Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında toplaşaraq şüar səsləndiriblər. Polislər və mülki geyimli cəza dəstələri fəallar qarşı aqressivlik nümayiş etdirib, onları döyüblər. 20-dən artıq İP fəalı saxlanılaraq üzərinə "Eurovision" yazılmış avtovuslara doldurulublar. Bənzər aksiya Sabir bağında da olub. Burada da fəalların aksiyası zorakılıqla dağıdılıb. AXCP-dən aldığımız məlumata görə aksiya zamanı aşağıda adları çəkilən partiya üszvləri saxlanılaraq Səbail rayon Polis İdarəsinə aparılıblar: Gözəl Bayramlı - AXCP sədrinin müavini Şəkər İsgəndərli - AXCP Yevlax şöbəsinin sədri Rafiq Daşdəmirov - AXCP-nin təşkilat şöbəsinin müdiri Əbülfəz Qurbanlı - AXCP GK sədri Elçin Dəmirov - AXCP Binəqədi şöbəsinin fəalı Hüseyn Fərhadov - AXCP fəalı Səxavət Mehtiyev - AXCP fəalı Nuru Nuruzadə - AXCP fəalı Nihad Hüseynov - AXCP fəalı Dəyanət Babyev - AXCP GK Vüsal Bayramov - AXCP GK Sərvər İbrahimov - AXCP GK Abdulla Mahmudov - AXCP fəalı Fərhad Abbasov - AXCP fəalı Elşən Ağayev - AXCP fəalı Sadiq Hüseynov - AXCP fəalı Lalə Cəbrayılova - AXCP Qadınlar Şurası Mərdanə Hüseynova - AXCP Qadınlar Şurası Afina Əliyeva - AXCP Qadınlar Şurası Polis aksiyanın qətnaməsinin oxunmasına imkan verməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA