Gənclər insan alverinə ?YOX? dedi

img

21-05-2012 [01:15]


Bu gün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) ?World Vision? beynəlxalq təşkilatının Azərbaycandakı ofisi ilə birgə ?İnsan Alverinə Qarşı Gənclər Kampaniyası? adlı tədbir həyata keçirib. Tədbirdə çıxış edən ARGTMŞ-ın mətbuat katibi Orxan Əli bildirib ki, tədbirin əsas məqsədi Azərbaycan gənclərinin insan alveri ilə bağlı məlumatlılığın artırılmasıdır. ?Dünyada əsas problemlərdən biri olan insan alveri hüquq və azadlıqların pozulması, insanların həyatlarını riskə atılması ilə nəticələnir. Bütün dünyada bu problemlər mübarizə aparılsa da təəssüf ki, bunun qarşısını tam şəkildə almaq mümkün deyil. Amma gənclərimizin bu istiqamətdə maarifləndirilməsi, onlara bu problemin mahiyyətinin aşılanması gələcəkdə baş verə biləcək təhlükələrdən onları qorumaq məqsədi daşıyır.? ?World Vision? beynəlxalq təşkilatının Azərbaycandakı ofisinin nümayəndəsi Vüqar Əhmədov bildirib ki, tədbirin keçirilməsi çox əhəmiyyətlidir. ?Çünki gənclər daha çox insan alverinin qurbanına çevrilirlər. Odur ki, biz səylərimizi birləşdirib bu təhlükədən insanları əsasən də gəncləri qorumalıyıq.? Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev bildirib ki, bu cür tədbirlərin keçirilməsi gənclərimizi mövcud təhlükə mənbəyi olan insan alverindən qorumaq məqsədi daşıyır. Daha sonra ekspert Mehriban Zeynalova gənclər bu problemlə bağlı geniş məlumat verib. Dəyirmi masa gənclərin fikir və müzakirələri ilə davam etdirilib. Qeyd edək ki, tədbirdə 50-dən çox gənc iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA