BAXCP hökumətə çağırız edib

img

21-05-2012 [11:53]


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) hökumətə çağırış edib. BAXCP ABŞ-ın Azərbaycana münasibətdə sərgilədiyi riyakar siyasətə etiraz əlaməti olaraq, ölkəmizə ayrılan yardımdan imtina edilməli olduğunu bildirib. Partiyasının İdarə Heyəti ABŞ Konqresi Nümayəndələr Palatasının Azərbaycana 30 milyon, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana 40 milyon və təcavüzkar dövlətin Azərbaycan torpaqlarında ? Dağlıq Qarabağda formalaşdırdığı separatçı rejimə isə 5 milyon dollar vəsait ayırmasını qətiyyətlə pisləyən bəyanatla çıxış edib. BAXCP hesab edir ki, Birləşmiş Ştatların təcavüzkar dövlətə işğala məruz qalan ölkədən daha çox, separatçı rejimə isə humanitar yardım adı altında vəsait ayırması işğalçılığın və aqressiv separatizmin dəstəklənməsidir: ?ABŞ tərəfindən Azərbaycanla oxşar problemləri yaşayan Gürcüstanın separatçı Cənubi Osetiya və Abxaziya bölgələrinə ?humanitar yardım? adı altında hər hansı bir vəsaitin ayrılmaması Birləşmiş Ştatların bölgə dövlətlərinə və etnik separatizmə münasibətdə ikili standartlardan çıxış etdiyini bir daha sübuta yetirir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA